Azad seçki fəaliyyəti bəşər sivilizasiyasının naliyyətləri sırasında xüsusi yer tutur.
Müasir hüquqi, demokratik dövlətin, xalqın iradəsinə əsaslanan hakimiyyət orqanlarının, səmərəli özünü-təşkil mexanizmlərinə malik cəmiyyətin mövcudluğunu azad və ədalətli seçkilərsiz təsəvvür etmək mümkün deyildir.
Məlum olduğu kimi, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumda Azərbaycan Respublikasının Konstitusiyasının 101-ci maddəsində dəyişiklik edilərək, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılmış və Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı növbədənkənar prezident seçkilərini elanetmə səlahiyyəti verilmişdir. Ölkənin dinamik tərəqqisi yolunda yeni bir mərhələnin başlanğıcını qoyan bu seçkilər, respublikamızda demokratik siyasi sistemin və liberal cəmiyyətin dərin kök saldığını bir daha nümayiş etdirdi.
2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən 4 il ötür. Ötən illər ərzində Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması, daha səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan vermişdir. Məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yüksəlməsinə xidmət edən, vətəndaşların ali mənafeyinin üstün tutulduğu uğurlu sosial dövlət modeli formalaşdırılmış, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına nail olunmuş, əmək haqları, pensiya və təqaüdlər əsaslı şəkildə artırılmışdır.
2018-ci ilin aprelin 11-də keçirilən prezident seçkilərində yenidən xalqın etimadını qazanan dövlətimizin başçısı, ölkə prezidenti cənab İlham Əliyev andiçmə mərasimində ölkə həyatının bütün sahələrini əhatə edəcək dərin islahatların anonsunu vermişdir. Ötən 4 il ərzində cənab prezidentin “Bizim sözümüz imzamız qədər keçərlidir” fikrinin praktik olaraq növbəti dəfə təsdiqi olmuşdur.
Ölkəmiz cənab İlham Əliyevin rəhbərlik etdiyi ötən illər ərzində böyük inkişaf yolu keçərək, ciddi uğurlara imza atmaqla tarixinin ən qüdrətli dövrünə qədəm qoydu. Cənab İlham Əliyevi Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə, xalqımızın milli maraqlarına söykənən dövlətçilik kursuna sadiqlik, çevik qərarları, xalqın mənafeyinə uyğun sosial yönümlü siyasəti ilə ümumxalq sevgisi və etimadını qazanaraq dövlət başçısı postunda fəaliyyətini yenidən davam etdirdi. Başqa sözlə, tam demokratik və şəffaf keçirilən həmin seçkilərdə cənab prezident yenidən 86,02 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Cəmiyyət yenidən İlham Əliyevin simasında inkişafa, sabitliyə, təhlükəsizliyə, Azərbaycanın tərəqqisinə səs verərək taleyini xalqla sıx bağlayan bir liderinə yenidən etibar edərək, heç şübhəsiz ki, yanılmadı.
Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilən rəy sorğuları, seçkilər günü beynəlxalq eyni zamanda yerli təşkilatların reallaşdırdıqları exit-pollar da rəsmi nəticələrlə eynilik təşkil etdi. Bu, həmdə anti-Azərbaycan qüvvələrinin xalqın doğru və düzgün seçiminə mane olmaq imkanının məhdudlaşdırılması demək idi. Beynəlxalq aləm də o vaxt seçkilərin ədalətli, tam demokratik mühitdə keçirilməsini təqdir etdi. Bu baxımdan Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evansın fikirləri diqqət çəkdi: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub.”
Qeyd edək ki, 2003-2018-ci illər ərzində prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu diplomatik nailiyyətlərlə yadda qaldı. Ölkəmizin BMT, AŞPA, ATƏT, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlara əməkdaşlığı, qlobal arenaya töhfələri ölkəmizin yüksək imicinin formalaşması ilə nəticələndi. Bundan başqa həmin illər Azərbaycan tarixinə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil oldu ki, və bu müddət ərzində əhalinin sosial durumu daim diqqət mərkəzində saxlanılaraq və bu siyasət indiyədək uğurla davam etdirilir.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” möhtərəm prezidentimizin dilindən dəfələrlə səslənən bu fikirlər, ölkəmizdə həyata keçirilən sosial siyasətin mahiyyətini dəqiqliklə ifadə edir ki, ölkəmizdə həyata keçirilən bütün tədbirlər Azərbaycan vətəndaşının sosial-rifahının bilavasitə gücləndirilməsinə xidmət edir, eyni zamanda cənab prezidentin siyasətinin əsas qayəsini təşkil edən “xalqa ləyaqətlə xidmət etmək” fəlsəfəsini təşkil edir.
Praqmatik lider, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətinin zirvəsi – “Qarabağ Azərbaycandır!” zəfəri ilə nəticələndi. Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmiz hərtərəfli inkişaf edərək, eyni zamanda ölkənin 30 ilə yaxın müddət ərzində pozulmuş ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Şanlı ordumuzun rəşadəti sayəsində zəfərlə sona çatdı. Ölkə prezidentinin 17 illik gərgin əməyi nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşaraq, tarixi ədaləti bərqərar edərək, müzəffər xalq kimi bütün dünyada tanındı. Bu gün ölkəmizin uğurlu inkişafı prezident cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən fəaliyyəti ilə davam etdirilir. Biz prezidentimizə, onun həyata keçirdiyi siyasətə arxalanırıq və əminik ki, məhz onunla birlikdə getdiyimiz böyük yolda müstəqil, qüdrətli, doğma Azərbaycanımızın inkişafı hələ bundan sonra möhtəşəm zəfərlərə doğru irəliləyəcəkdir.
YAP Göyçay rayon təşkilatının şəhər 4 saylı tam orta məktəb ərazi partiya təşkilatında sədr müavini : Firəngiz Məmmədyarova

