Bakının mərkəzində svetaforlar söndü – BÖYÜK TIXAC YARANIB
Bu gün səhər saatlarında Bakının mərkəzi hissələrində, xüsusi ilə nəqliyyatın intensiv hərəkət etdiyi Rəşid Behbudov küçəsində svetaforların fəaliyyətində nasazlıq yaranıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, bir çox svetaforların sönülü vəziyyətdə olması nəqliyyatın hərəkətini çətinləşdirib və Bakıxanov küçəsinə kimi tıxac yaranıb.
Rəşid Behbudov küçəsi ilə Füzuli küçəsinin kəsişməsindən çəkilmiş fotonu təqdim edirik.


