Daha bir 16 yaşlı qız uşaq dünyaya gətirdi

Ağdaş rayon sakini olan 16 yaşlı qız ana olub.

ARANTV.AZ-ın məlumatına görə, 2006-cı il təvəllüdlü R.C. Göyçay Rayon Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Gəncə şəhərində də 16 yaşlı qızın ana olması barədə məlumat vermişdik.