Siyasət 

Sülh təkliflərinin Ermənistan tərəfindən qəbul edilməsi sözün həqiqi mənasında İlham Əliyev diplomatiyasının zəfəridir

Bildiyimiz kimi  bugünlərdə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarlz Mişelin dəvəti ilə  Azərbaycan və Ermənistan rəhbərlərinin  Brüsseldəki ikitərəfli və üçtərəfli görüşlərinin nəticələri həm ölkəmizdə həm də dünya mətbuatında ən çox müzakirə olunan məsələlərindən biridir.Postmüharibə dövründə iki ölkə arasında münasibətlərin normallaşması üçün Azərbaycan  tərəfindən irəli sürülmüş Sülh təkliflərinin Ermənistan tərəfindən qəbul edilməsi sözün həqiqi mənasında İlham Əliyev diplomatiyasının zəfəridir.  İstər  mətbuatdan, istər Aİ Şurası Prezidebtinin Bəyanatından, eləcə də möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin açıqlamasından bir daha bunun şahidi olduq.

Bildiyimiz kimi hələ bir müddət öncə Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşmasl və Sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfi öz şərtlərini Ermənistana rəsmi olaraq bildirmişdi. Azərbaycanın Xarici İşlər Nazirliyinin rəhbərliyi də dəfələrlə bu təkliflər paketini açıqlamış və şərh vermşdi. Beş təklifdən ibarət olan bu yol xəritəsi ilə bağlı həm ölkə daxilində, həm də ölkə xaricində mətbuatda geniş müzakirə olunmuşdu və bu gün də müzakirə davam etməkdədir. Qürurverici haldır ki, bu təkliflərin bütün maraqlı tərəflər tərəfindən xüsusən də, Aİ Şurası, ABŞ, qardaş Türkiyə və Rusiya tərəfindən dəstəklənmişdir. Normallaşma paketinin, bu paketə daxil olan təkliflərin məhz Azərbaycan tərəfindən hazırlanması və təklif olunması məhz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə  Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin gücündən qaynaqlanır. Birmənalı olaraq etiraf etməliyik ki, bu savaşa qədər təcavüzkar dövlət və onun təmsilçiləri o qədər  azğınlaşmışdılar ki, özlərini işğalçı tərəf kimi yox, qalib tərəf apararaq, vaxtaşırı olaraq şərtlər irəli sürməklə, Azərbaycanı məğlubiyyətlə  barışmağa çağırırdılar. Sözsüz ki, möhtərəm Prezidentimiz daima müxtəlif mötəbər tədbirlərdə onlara layiqincə cavab vermiş və erməni faşizmini, onları dəstəkləyən qüvvələri ifşa etmişdir. Hər kəsə məlumdur ki, cənab Prezident  hər çıxışında heç vaxt Qarabağ problemində güzəşt etməyəcəyini bildirdi. Sözsüz ki, onun bu fikirləri bütün ermənipərəst qüvvələrə , xüsusən ATƏT-in Minsk qrupunun həmsədrliyinə də ünvanlanmışdı. Beləliklə  O,  “..mən nəyin nə vaxt və necə etmək lazım olduğunu özüm bilirəm…” tarixi ifadəsi  ilə 44 günlük Vətən müharibəsində verdiyi sözü əməlində sübut etmiş oldu və xalqına dünya erməniliyi üzərində qələbə qazandırmış oldu . Xüsusi qeyd etmək istərdim ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı təqdim olunmuş təkliflərin Ermənistan tərəfindən qəbul edilməsi həm də möhtərəm Prezidentimizin obyektivliyindən və ədalətliliyindən irəli gəlir. Beynəlxalq aləmdə onun böyük nüfuza malik olması da məhz bu səbəbə görədir. Biz bunun dəfəıərlə şahidi olmuşuq.  Əslində iki ölkə arasındakı münasibətlərin tənzimlənməsində həyati dərəcədə vacib olan və möhtərəm Prezidentimiz tərəfindən hazırlanmış, bir-birini tamamlayan bu təkliflər həm də müvafiq beynəlxalq təşkilatların, əsasən də otuz il ərzində fəaliyyəti ilə bacarıqsız bir institut olduğunu sübut etmiş ATƏT-in mandatına aid idi. Qeyd etdiyim kimi, bu təkliflərin bütün tərəflər tərəfindən dəstəklənməsilə güclü dövlət adamı və diplomat olan möhtərəm Prezidentimiz beynəlxalq aləm tərəfindən bir daha qəbul olundu. 5 təklifin hər biri; dövlətlərin birbirlərinin müstəqilliyi , torpaq  büttövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və siyasi siyasi müstəqilliyin qarşıləqlı tanıması, dövlətlərin bir-birlərinə  qarşı torpaq iddiasında olmaması kimi təkliflər hər biri həm Azərbaycanın, həm də Ermənistanın marağını təmin etməsi bir daha cənab Prezidentin dühasına sübutdur.

Beynəlxalq səviyyədə yüksək dəyərləndirilən bu təkliflər paketinin həyata keçirilməsi hər iki ölkə  bir-birlərinin güvənliğinin təhdid edilməsindən, siyasi müstəqilliyinə və torpaq bütünlüyünə qarşı təhdid  və güc istifadə edilməsindən və BMT  Antlaşmasının məqsədlərinə zidd olan bütün durumlardan qanuni olaraq sığortalanmış oldu.

Qeyd etmək istərdim ki, Vətən müharibədindən sonra keçirilən bütün görüşlərdə möhtərəm Prezidentimiz tərəfindən səsləndirilmiş və bütün bəyanmamədə təsbit olunmuş sərhədlərin təyin edilməsi və diplomatik əlaqələrin qurulması, nəqliyyat və kommunikasiya xətlərinin açılması, maraqları təmin edən əlaqələrin qurulması hətta Ermənistanın da mənafeyinədir.

Yekun olaraq, bildirmək istərdim ki, Ermənistanın bir sıra rəsmilərinin bu təkıiflərə münasibətini bildirən fikirləri xüsusən də Baş nazir Nikol Paşinyanın öz çıxışında  “Azərbaycanın təkliflərində qəbul edilə bilməyən  bir şey yox.”  İfadə etməsi özü-özlüyündə yaranmış hər bir sualın cavabıdır.

Məlahət İbrahimqızı,

Milli Məclisin deputatı

Daha çox xəbərlər