Region Xəbərləri 

Əldə olunan uğurlar idmanımızın və eləcədə ölkəmizin beynəlxalq nüfuzunu daha da şöhrətləndirir.

Bu gün çiçəklənən, günbəgün inkişaf edən qüdrətli Azərbaycan ölkə həyatının bütün sahələrində olduğu kimi, idman sahəsində də bir sıra möhtəşəm uğurlara imza atır. Məhz Prezident İlham Əliyevin mətin iradəsi və gərgin səyləri nəticəsində ölkəmiz dünyanın qabaqcıl idman ölkəsinə çevrilməklə yanaşı, bir sıra mötəbər yarışlara ev sahibliyi edir, etimadı şərəflə doğruldur, dünya ictimaiyyətinin rəğbətini praktik əməlləri ilə qazanır, həmçinin idmana olan sədaqətini nümayiş etdirir.
Ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın qələbə qazanması, Olimpiya və dünya çempionatında uğurlu çıxışları bütün bunlara əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançılarımızın layiqincə qiymətləndirilməsi isə təbii ki, onların yeni uğurlar qazanmalarında mühüm rol oynayır. Bu uğurlu strategiya eyni zamanda, respublikada sağlam, vətənpərvər gəncliyin yetişməsinə, eləcə də, ölkəmizin dünya idman elitasında nüfuz qazanmasına əsaslı təsir göstərir.
Göstərilən qayğı və diqqətin məntiqi nəticəsi olaraq, qısa zamandan sonra mötəbər beynəlxalq yarışların finallarından sonra səhnədə qalib Azərbaycan idmançısının sevincinə və müqəddəs üçrəngli bayrağımızın birincilər sırasında dalğalanmasında şahidlik etmək isə hər birimizə ayrıca bir xoşbəxtlik, qürür hissləri yaşadır. Şübhəsiz ki, xalqımıza bu sevinci, xoşbəxtliyi, uğurlu və düşünülmüş strategiyanın banisi prezident İlham Əliyev yaşadır və bu gündə yaşatmaqda davam edir.
Davamlı olaraq dövlət başçımızın idmana, idmançılara diqqət və qayğısının nəticəsində ölkəmiz beynəlxalq qaliblər sırasında öz mövqeyini getdikcə daha da möhkəmlədir, uğurlar qazanır. Bir neçə gün bundan əvvəl ölkə başçısı cənab İlham Əliyevin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşməsi də bu qayğı və diqqətin növbəti parlaq ifadəsi idi. Ötən gün Budapeştdə keçirilmiş Avropa çempioanatında güləşçilərimiz böyük qələbə qazanmaları ilə xalqımıza sonsuz sevinc hissi yaşatdılar. Belə bir mötəbər yarışda idmançılarımızın 16 medal əldə etmələri ölkəmizin şöhrətini daha da artırdı.
Cənab Prezidentin qeyd etdiyi kimi, 44 gün ərzində böyük tarixi qələbə qazanmış xalqı belə bir mötəbər yarışda təmsil etmək təbii ki, qürür doğurduğu qədər də,həm də böyük məsuliyyət idi. Prezident İlham Əliyev görüş zamanı idmançılarımıza yarışa çıxanda hər zaman müzəffər ölkəni və qalib xalqı təmsil etdiklərini unutmamalarını xatırladaraq, həm gənclər, həm də böyüklər arasında Avropada birinci yeri tutmağın böyük nailiyyət olduğunu bildirdi.
Dövlətimziin başçısı idmançılarımızla görüşdə Azərbaycan gəncliyinin Vətən müharibəsində ölkəmizə qazandırdığı qələbəni xüsusi vurğulayaraq qeyd etdi ki, ölkə gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində mətanətlə vuruşan qəhrəman gənclərimiz oldular ki,adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfərin nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa olundu, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Əlbəttə ki, bu Zəfərdə idmançılarımızın da payı az olmadı. Həmişə beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran gənc idmançılarımız bu dəfə əzəli və əbədi torpaqlarımız olan doğma Qarabağımızda, işğaldan azad olunan ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanmasında yaxından iştirak etdilər. Onlar idman arenalarında olduğu kimi gərgin döyüşlərdə də mərdlik, qorxmazlıq və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməmizə əbədi olaraq yazdılar.
Dövlətimizin başçısı eyni zamanda, iki ildən sonra Parisdə keçiriləcəyi planlaşdırılan Yay Olimpiya Oyunları, bütün idman növlərində lissenziya qazanmağın vacibliyini də vurğulayaraq, eyni zamanda, idmançılarımıza bu əsas yarışa da indidən hazırlaşmağı tövsiyyə etdi. Qeyd olundu ki, düzgün təlim-məşq toplanışları müəyyən
edilməlidir, bu yarışlarda da ölkəmizin uğurla çıxış edə biləcəyi vurğulandı. Cənab Prezident qeyd etdi ki, gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər.
Ölkə başçımızın qeyd etdiyi kimi, bizə qələbədən daha vacib ləyaqətdir. Biz bir dövlət, xalq olaraq hər zaman bu prinsiplə yaşamışıq, bu bizim həyat amalımızdır, eləcə də idmançılarımızın uğurlarının təməlində də məhz ləyaqət və ədalət dayanır. Ona görə də yarışlarda “feyr-play” anlayışı idmançılarımız və məşqçilərimiiz tərəfindən hər zaman qorunur və bu prinsipə də əməl olunmalıdır. Eyni zamanda dövlətimizin başçısı qeyd etdi ki, yarışlar zamanı halal qələbəni idmançılarımız məhz öz istedadı, zəhməti hesabına qazanıblar.
Beləliklə, Macaristanda keçirilmiş Avropa çempionatında idmançılarımızın qazandığı parlaq qələbə sübut etdi ki, Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür , güclü gənc nəsil yetişir və idmançılarımız bu ənənələri uğurla davam etdirir. Əldə olunan uğurlar isə idmanımızın və eləcədə ölkəmizin beynəlxalq nüfuzunu daha da şöhrətləndirir
YAP Göyçay rayon rayon təşkilatının şəhər 4 saylı tam orta məktəb ərazi partiya təşkilatında sədr müavini : Firəngiz Məmmədyarova

Daha çox xəbərlər