Cari ilin üç ayında 7037 ton meşə fındığı ixrac edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən meşə fındığının dəyəri 40,3 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 29 milyon dollar olmaqla 4681 ton meşə fındığı ixrac edilib.
