Gündəm 

Yanvar-mart aylarında 39 min tonadək xurma ixrac edilib

Bu ilin yanvar-mart aylarında 38,8 min ton xurma ixrac edilib.

ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən xurmanın dəyəri 29,5 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 31,8 milyon dollar olmaqla 42,3 min ton xurma ixrac edilib.

Daha çox xəbərlər