Region Xəbərləri 

Kənd təsərrüfatı məhsullarının istehsalı 3,4 faiz artıb

2022-ci ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 153,1 milyon manat təşkil edib ki, onun da 1 milyard 85,3 milyon manatı heyvandarlıq, 67,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları 2,8 faiz, bitkiçilik məhsulları isə 14,4 faiz artıb.

Daha çox xəbərlər