Üç ayda 114,1 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb
Ölkədə yaz-tarla işləri aparılır və cari ilin yanvar-mart aylarında 114,1 min hektar sahədə və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz az yazlıq bitkilərin səpini aparılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, bu dövrdə 17,1 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 2,2 min hektarı dən üçün qarğıdalı), 29,1 min hektar sahədə kartof, 24,6 min hektar sahədə tərəvəz, 4,4 min hektar sahədə bostan bitkiləri, 1,6 min hektar sahədə şəkər çuğunduru, 0,7 min hektar sahədə dən üçün günəbaxan, 36,1 min hektar sahədə çoxillik otlar və 0,5 min hektar sahədə birillik otlar əkilib.

