Manset 

Müdrik Dövlət başçısı İlham Əliyev dünyanın aparıcı liderlərindən biridir

Aprelin 29-da ADA Univesitetində  “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.  Qeyd etmək lazımdır ki, aprelin 28-də Şuşada işinə başlayan və 29-da  Bakıda davam edən  bu beynəlxalq  konfransın ideyası ötən ilin aprelin 13-də cənab Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda  beynəlxalq konfransda yaranmışdı.

Konfransda 23 ölkədən gəlmiş 40 nümayyəndə iştirak etmişdir. Keçirilən bu Beynəlxalq Konfransda cənab Prezident İlham Əliyevin çıxışı və  konfrans iştirakçılarının sullarına verdiyi cavablar dövlət başçımızın dünya səviyyəli, müdrik siyasətçi, əsil liderlik keyfiyyətlərinə malik  dünyada gedən proseslər barədə yüksək məlumatlılıq  səviyyəsinə  malik  olduğunu  bir  daha  nümayiş  etdirdi.

Azərbaycanın ölkə miqyasında, eləcə də dünya miqyasında əldə etdiyi böyük uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdirdiyi  və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış siyasət və yorulmaz fəaliyyəti  nəticəsində  mümkün  olmuşdur.  Cənab  Prezident  İlham  Əliyev  bu gün dünyanın  aparıcı  liderlərindən  biridir.  Azərbaycanın Qoşulmama Hərəkatında liderliyi, BMT Təhlükəsizlik Şurası səviyyəsində  qlobal təşəbbüsləri, o cümlədən pandemiya ilə mübarizə, dayanıqlı inkişafın təmin edilməsi təşəbbüsləri  Azərbaycanı beynəlxalq  aləmdə  gündəmi  formalışdıran  ölkələr   sırasına  daxi l etmişdir.  Cənab Prezident  bu nöqteyi-nəzərdən beynəlxalq siyasətçi kimi öz fəaliyyətini təkcə Azərbaycanın və regionun maraqları naminə deyil, həm də bəşər  sivlizasiyası  üçün dayanıqlı  inkişafın  vəzifə  və  məqsədlərinin   formalaşmasına yönəltmşdir. Bu geniş miqyaslı  fəaliyyətinə görə cənab Prezident  İlham Əliyev bu gün dünyanın aparıcı liderlərindən biri kimi tanınır.

Cənab Prezident Konfransda çıxışı və konfrans iştirakçılarının suallarını cavablandırarkən  bir sıra çox mühüm məsələlərə münasibət bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan  Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Azərbaycan Ermənistan münasibətlərinə toxunan cənab Prezident  bildirmişdir  ki, Ermənistan hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul edib. Bu prinsiplər Ermənistanla bağlanacaq sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin  Azərbaycanın təklifinə uyğun olaraq, ermənistan iki ölkə arasında sərhədlərin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına razılıq verib.

Sülh və qarşılıqlı münasibətlərlə bağlı sualı cavablandırarkən cənab Prezident qeyd edib ki, bu məsələlərə real yanaşılmalıdır.  Azərbaycan xalqının yaraları 30 il ərzində sağalmayıb. Ona görə hər şey vaxtında və zamanında edilməlidir.

Öz çıxışında Azərbaycanla  Ermənistan arasında əlaqələrin normallaşması məsələsinə toxunarkən cənab Prezident qeyd etmişdir ki, “Azərbaycanla əlaqələrin normallaşması Ermənistan üçün elə imkanlar açacaq ki, bu gün onu proqnozlaşdırmaq belə çətin olardı”

BMT Təhlükəsizlik Şurasının  Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən məlum  4 Qətnamələrinin yerinə yetirilməməsi ilə bağlı sual cavablandırarkən  dövlətimizin başçısı qeyd edilmişdir ki, 27 ildə onların heç biri icra edilmədi, Azərbaycan özü bu Qətnamələri icra etdi.  Qətnamələri qəbul edənlər BMT  Təhlükəsizlik  Şurasının üç daimi üzvü idi, onlar həmdə ATƏT-in Minsk qrupunun həmsədrləri idilər. Onların nə üçün özlərini qəbul etdikləri qətnamələri icra etməməsinin səbəbi çox aydındır. “İşğalla bağlı vəziyyət onlar üçün də məğbul idi. Bizə isə məğbul deyildi, biz azlıqda idik”.

Rusiyaya tətbiq edilən sanksiyaların azərbaycan-Rusiya ticarərinə təsiri ilə bağlı sualı cavablandırarkən bildirilmişdir  ki, bu sanksiyalar hələ ki  iki ölkə arasındakı ticarət əlaqələrinə neqativ təsir göstərməyib. Lakin bilinmir ki, bunun cədvəli necə dəyişəcək. Əgər sanksiyalar qalarsa, növbəti altı ayda və ya bir ildə nə olacaq, bunu proqnozlaşdırmaq çətindir.

Yaxın 10 ilə nəzər salan  cənab Prezident qeyd etmişdir ki, “ Yaxın 10 ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o zaman , bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz regionunda tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq”

Ümumilikdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransdakı çıxışında və  konfrans iştirakçılarının suallarını cavablandırarkən verdiyi cavablarda təkcə regionda deyil, həm də dünyada baş verən hadisələrə münasibəti, bu hadisələrə verdiyi qiymət bir daha göstərdi ki,   cənab Prezident İlham Əliyev  müdrik dövlət başçısı ,dünya səviyyəli siyasətçi kimi    dünya liderlərindən biridir.

Milli  Məclisin deputatı

Rauf Əliyev

Daha çox xəbərlər