Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Möminlərə nemət, hər günü rəhmət!

By Vüsal Rafiqoğlu
02.05.2022 3 Min Read

İslam dünyasının ən müqəddəs bayramı haqqında

Ramazan bayramı İslam dinində mövcud olan ən böyük iki bayramdan biri, bəlkə də birincisidir. Bu bayram Ramazan ayının sona çatması münasibətilə Şəvval ayının birində qeyd edilir və dini mənbələrdə “Fitr bayramı” kimi də xatırlanır. İslam şəriətinə görə bayram günü oruc tutmaq haramdır. Ramazan bayramına keçən gecə fitrə pulunu ayırıb həmin axşam, ya bayram namazına qədər, ya da gün ərzində öz təyinatı üzrə çatdırmaq lazımdır. Bayram namazına qədər fitrə pulunu çatdırmaq daha savab əməl hesab olunur. Fitrə zəkatının vacibliyini Məhəmməd Peyğəmbər (s.v.s) hicrətin 2-ci ilində Ramazan ayının sonunda söylədiyi xütbədə  müsəlmanlara elan etmişdir. Fitrə zəkatı maddi vəziyyəti dözülməz dərəcədə çətin olan adamlara (fəqirlərə) verilməlidir. Fitrə zəkatını hər kəs öz kasıb qohumuna və ya qonşusuna versə daha yaxşı olar. Kasıblara sədəqə verilməsini İslam dini bu bayramda vacib saydığı kimi, adi günlərdə də bu təcrübədən yararlanmağı, kasıbların halına acıyaraq Allahın sənə vermiş olduğu ruzidən başqalarına da pay ayırmağı böyük savab və bundan başqa insaniyyət baxımından da xeyirli və ağıllı əməl kimi hər kəsə tövsiyə edir.

Bayram günü səhər tezdən qüsl alınır, hava işıqlaşandan sonra isə bayram namazı qılınır. Bu namaz eynilə Qurban bayramında qılınan namaz kimidir. Bayram namazının imkan daxilində məsciddə camaatla qılınması tövsiyə olunur. Bayram günü insanın ətirlənib təzə paltar geyinməsi, qohum-qonşularını təbrik etməsi, doğmalarına baş çəkməsi savabdır. Həmin gün qəbirləri ziyarət etmək, onları səliqə-sahmana salmaq, ölənlərin ruhlarına rəhmət diləmək, Fatihə, İxlas və Yasin surələrini oxumaq və ya oxutdurmaq ənənəyə çevrilmişdir. Ramazan bayramına keçən gecəni ibadətdə keçirmək tövsiyə olunur. Həmin gecə də Qədr gecələri kimi oyaq qalıb çoxlu namaz qılmaq, dua, Allahı zikr etmək, Qurani-Kərimi oxumaq və s. kimi ibadətlərlə məşğul olmaq böyük savabdır.

Bütün bayramlarda olduğu kimi, Ramazan bayramı günündə də küsülülərin barışması təkid edilir. Məhəmməd Peyğəmbər (s.v.s) də çox küsülü qalmağı bəyənməmiş və səhabələrinə bunu qadağan etmişdir. Bir hədisdə deyilir: “Əbu Əyyub əl-Ənsari rəvayət edir ki, Peyğəmbər (s.v.s) demişdir: “Heç bir kimsəyə üç gündən artıq qardaşı ilə küsülü qalması halal olmaz. Qarşı-qarşıya gəldikdə bu (ondan) üz çevirir, o da (bundan) üz çevirir. Onların ən xeyirlisi salamı birinci verib (sözə) başlayanıdır.” (Səhih əl-Buxari, 6077-ci hədis).

Ramazan bayramı oruc tutub-tutmamasından asılı olmayaraq hər bir müsəlmanın bayramıdır. İslam dininə qəlbən bağlı olan Azərbaycan xalqı da neçə əsrlərdir ki, Ramazan bayramını yüksək inam və ruh yüksəkliyi şəraitində qeyd edir. Xüsusi vurğulamaq lazımdır ki, hələ keçmiş Sovetlər Birliyi dövründə bütün qadağalara baxmayaraq, Ramazan bayramının qeyri-rəsmi səviyyədə keçirilməsi ulu öndər Heydər Əliyevin milli maraqlara xidmət edən fəaliyyətinin nəticəsi idi. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirdi. Ümummilli lider Heydər Əliyev hər il Ramazan bayramının təntənəli şəkildə qeyd edilməsinə xüsusi önəm verirdi. Orucluq günlərində iftar süfrələri açdırır və özü də bu süfrələrdə iştirak edirdi. Dahi rəhbər hər il Ramazan bayramında Azərbaycan və dünya müsəlmanlarını təbrik edirdi.  Vurğulayırdı ki, İslam dini ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib hissələrindən biri olub Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün müəyyən mərhələsində meydana gələn planetar miqyaslı sosial, tarixi hadisə və fenomendir: “İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir. Qurani-Kərimin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir”.

Hazırda bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il ölkə başçısının ənənəyə sadiq qalaraq Azərbaycan və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik etməsi və bir ay boyunca oruc tutub ibadət edən hər bir müsəlmana xoş arzular ünvanlaması, bununla da Azərbaycan dövlətinin İslam dininə və onun inanc, ayin, mərasim və bayramlarına hörmət, ehtiram və dəstəyini nümayiş etdirməsi xüsusi sevinc hissi ilə qarşılanır.

Bütün dünya müsəlmanlarını və ölkə vətəndaşlarımızı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir və Allahdan hər bir müsəlmana sağlıq, birlik, vəhdət və həmrəylik arzulayırıq. Bayramınız mübarək!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hamıya məlum olan naməlum sözlər

Next

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv