Əsas səhifə 

Cumhuriyyətdən tarixi Zəfərlə Böyük Qayıdışa gedən yol

Tarix dəfələrlə sübut edib ki, xalqlar iki halda müstəqil olur: 1. Tarixi-siyasi şərait nəticəsində; 2. Sarsılmaz iradə ilə aparılan mübarizə nəticəsində. Azərbaycan xalqı həm 1918-ci ildə, həm də 1991-ci ildə tarixi-siyasi şərait nəticəsində müstəqillik qazanıb. Ancaq bu çətin məqamlarda vəziyyəti düzgün qiymətləndirmək, zamanında təşkilatlanmaq və ideoloji mübarizə aparmaq böyük bacarıq idi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Ancaq bu çətin məqamlarda vəziyyəti düzgün qiymətləndirmək, zamanında təşkilatlanmaq və ideoloji mübarizə aparmaq böyük bacarıq idi. 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq şərəfli ömrünə son qoyuldu. Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı.

Cari ilin 27 may tarixində Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında  çıxışı zamanı yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqillik həyatının başlanmasını qeyd etdi. Müstəqilpliyi qorumağın əsas amillərindən olan iqtisadi güc amili isə dövlət siyasətinin prioritet məsələrindən biri oldu. İqtisadi cəhətdən  müstəqil olan ölkəmizdə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu siyasətini əsas vəzifə kimi orta qoydu. İqtisadiyyatın inkişafı nəticəsində ordunun gücləndirilməsi, ordunun gücü ilə müstəqil iqtisadi siyasətə kənar müdaxilələrin qarşısının alınması biri-birini tamamlayan amillərdir.

30 illik münaqişə sübut etdi ki, haqqın güclü deyil, gücün haqlı olduğu beynəlxalq aləmdə yaşayırıq. Bu gün güc amilinin ön planda olduğunu vurğulayan Prezident İlham Əliyev arxayınlaşmamaq, daha güclü olmaq üçün iqtisadiyyatımızı inkişaf etdirməyin vacibliiyini qeyd etdi. Məhz dayanıqlı iqtisadi inkişafımız nəticəsində güclü ordu formalaşdıraraq erməni işğalına son qoymağı bacaran Azərbaycan müharibədən sonra da yeni silah və texnikalar almaqla hərbi gücünü artırır. Bütün parametrlərdə – istər iqtisadi, istər hərbi, istər ictimai-siyasi sabitlik və digər amillərdə acınacaqlı vəziyyətlə üzləşən Ermənistanın isə müstəqilliyindən söhbət gedə bilməz. Yalnız havadarlarının diktəsi, dəstəyi ilə “addımlar atan” rəsmi İrəvanın müstəqil siyasət yeridə bilməməsi, Azərbaycana yalnız havadarları vasitəsilə təsir göstərmək cəhdləri də xalqımızı öz hədəfindən çəkindirə bilmədi. Məhz Azərbaycan xalqının güclü iradəsi, iqtisadi gücü, peşəkar orduya sahib olması 44 gün ərzində 30 illik münaqişəyə son qoydu.

Postmüharibə dövründə Azərbaycanın yürütdüyü siyasət, iqtisadi layihələrin həyata keçirilməsi regionun simasını dəyişəcək. Bu günün reallığı isə ondan ibarətdir ki, zaman keçdikcə Azərbaycanın istər iqtisadi, istər hərbi gücü Ermənistanı daha çox üstələyir. Yeni nəqliyyat qovşağının yaranması fonunda rəsmi İrəvanı Azərbaycanın tələbləri ilə razılaşmaq məcburiyyətində qoyacaq. Tarixdən məlum olduğu kimi ta qədimlərdən indiyədək  dini və etnik tolerantlığın hökm sürdüyü Azərbaycanda  çoxsaylı etnik qrupların, dini konvessiyaların nümayəndələri mehriban qonşuluq şəraitində, qaynayıb-qarışmış ortaq dəyərlər əsasında yaşamışlar. Azərbaycanın təklif etdiyi sülh şəraitində qonşuluq prinsiplərinə əməl etmək təkcə Azərbaycanda yaşayan ermınuilər üçün deyil, Erməınistanın özü üçün də faydalıdır. Aparılan xarici siyasət və iqtisadi proseslər “Böyük qayıdış” adlandırılan tarixi proseslərin artıq uğurlu icrasını reallaşdırır. İşğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq, bərpa işlərinin sürətlə aparılması ilə yanaşı bir sıra layihələrin icrasının birinci mərhələsi artıq başa çatmışdır.

Türkan Məmmədova,

Pirallahı rayonu, 235 nömrəli tam orta məktəbin müəlliməsi

Daha çox xəbərlər