Cəmiyyət 

“Ölmüş” Minsk Qrupunun “qızıl dişi”ni axtaranlar

“Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq”.

Bunu Prezident İlham Əliyev iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

“Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər… Əgər yenə Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”, – İlham Əliyev qeyd edib.

İrəvana göndərilən ismarış bu dəfə çarpaz xarakterlidir. Yəni, təkcə Ermənistanın radikal-revanşist müxalifətinə yox, eyni zamanda, onun iqtidarına, ümumən erməni toplumuna ünvanlanıb. Nikol Paşinyan hökuməti sülh danışıqlarını, sərhədlərin delimitasiyası üzrə danışıqları süni şəkildə uzatdığı, müxalifət isə Azərbaycana qarşı revanşist və xam xəyallarla yaşamağa davam elədiyi üçün bir daha xəbərdar edilib.

Ermənilərin yaşadığı xam xəyallardan biri də ATƏT-in “rəhmətlik” Minsk Qrupu ilə bağlıdır. Əfsus ki, iki ildir kapitulyant ölkədə iqtidar da, müxalifət də, ölkənin ekspert camiyəsi də özünətəsəlli ilə gün keçirir, vaxt öldürür: “Minsk Qrupu ölməyib, yaşayıb!” deyirlər. Niyə?

Ona görə ki, işğalçı ordusu darmadağın edilən, təzədən qurulması isə tezliklə mümkün olmayan erməni tərəf Azərbaycana ərazi iddiasını gündəmə qaytarmağın, 44 günlük müharibədəki halal zəfərimizi sıfılamamağın, sülh müqaviləsini ləngitməyin yeganə yolunu bu qurumda görür. 28 ildə sırf işğalı legitimləşdirmək üçün çalışmış, Azərbaycan xalqına qarşı qərəz dağarcığı olmuş təsisatın başına düşmən niyə fırlanmasın ki? Nədən onun “kliniki ölümü” ilə barışsın?..

42672216-9e7c-4882-8b77-fa07364ed78f.jpg (217 KB)

“ATƏT-in Minsk Qrupu dəfələrlə ölüb-dirilib, yenə dirilə bilər”.

Bu sözləri erməni politoloq Aleksandr İsgəndəryan Minsk Qrupu ilə bağlı Azərbaycan tərəfdən səslənən məlum bəyanatlara, son olaraq isə Rusiya XİN başçısı S.Lavrovun Bakıda söylədiyi “ATƏT-in Minsk Qrupu daha yoxdur” fikrinə münasibət bildirərkən söyləyib.

“Eşşəyim ölmə, yonca bitincə…” məsəli yəni. Amma kimə deyirsən. Söhbət isgəndəryanların zəhlə tökən millətindən gedir.

“İkinci Qarabağ müharibəsi Minsk Qrupunun problemi həll etməli olduğu paradiqmanın olduğu situasiyanın üstündən xətt çəkdi. ATƏT-in Minsk Qrupu işləmir, amma formal olaraq mövcuddur, tam olaraq “söndürülməyib”. Gələcəkdə onun reanimasiyası istisna deyil. Əgər yenə ABŞ və Rusiyanın birgə işləməsi imkanı yaransa, o zaman mümkündür. Minsk Qrupu dəfələrlə ölüb-dirilib, bu da birinci dəfə deyil”, – bunu da İsgəndəryan izhar edib.

Xeyr, cənab dığa. Bu dəfə MQ həmişəlik ölüb! Çünki daha Azərbaycana təzyiq vasitəsi kimi işğal faktı ortada yoxdur, mövcud deyil! Həmsədrlərin “canı” da elə bunda idi…

MQ lap dirilsə belə, bir neçə dəfə ölüb-xortlayan, “ayaq üstə zorla dayanan”, özünə belə “qulluq edə” bilməyən bir qurumdan erməniyə nə fayda aşa bilər ki? Özünü aldatmaq yetmədi? “Ölüb-dirilən”in ümidinə qalmaqdansa, ermənilər yaxşı olar, acı gerçək adlı “həbi” içib də sağalmağa cəhd göstərsinlər, xroniki xəstəlikləindən qurtulmaq barədə düşünsünlər. O halda ən böyük yaxşılığı da elə özlərinə eləmiş olarlar. Bizdən demək. Yox, ölənlə ölmək istəyirlərsə, o da öz işləridir. “Dəmir yumruq” köməyə gələ bilər.

Ötə yandan, nə edəsən ki, bunlar gorda eşələnməyə vərdiş eləmiş, ölüləri narahat eləməyi xoşlayan bir qövm! Qəbirdəkilərin qızıl dişlərini çıxarmaq, mərmərləri aparıb öz həyətinə döşəmək bunların köhnə adəti deyilmi? Osmanlıya qarşı satqınlıqları qarşısında öldürülən ermənilərin sayını 100 ildə 300 mindən 1.5 milyona çatdıran da həmin millət!

İndi də ölmüş Minsk Qrupunun “qızıl dişi”ni axtarırlar. Olsun. Amma biz xəbərdarlığımızı eləmişik…

Daha çox xəbərlər