Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, tətil zamanı ailəsi ilə birlikdə dənizdə olub.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, o, yaxınları ilə birlikdə keçirdiyi tətildən razı qaldığını bildirib.
“Tətildən çox razıyam… Ən əsası, ailəmlə birlikdə idim. Bu, çox nadir hallarda olur”, – o, “Qovorit Moskva” radiostansiyasına müsahibəsində bildirib.
Peskov tətil keçirdiyi yerin adını açıqlamasa da, bir müddət əvvəl onun həyat yoldaşı Tatyana Navka ilə birlikdə Azərbaycanın paytaxtında keçirilən “Jara” festivalına qatıldığı bildirilmişdi.
