Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən böyük dövlət və siyasi xadim Heydər Əliyevin fəaliyyətinə nəzər yetirmək həm praktik siyasət, həm də tarixi, elmi-nəzəri baxımdan böyük əhəmiyyət kəsb edir. Ümummilli liderin əsasını qoyduğu inkişaf strategiyası və onun milli məfkurəsi tezliklə Azərbaycanı davamlı inkişaf yoluna çıxartdı. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə əvvəlcə dövlət müstəqilliyimizə daha sonra ana dilimizin inkişafına nail olduq. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin – Azərbaycan dilinin adını özümüzə qaytarmışdır.
Hər xalqı, milləti başqalarından fərqləndirən mühim amillərdən biri və ən başlıcası onun dilidir. Dilimizin hər tərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heyder Əliyevin böyük qətiyyəti və siyasəti nəticəsin də bütün etirazlara baxmayaraq 1978-ci ildə qəbul edilən Azərbaycan Konstitutsiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə qəbul olunmuşdur.
Ümumilli liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Ulu Öndər qeyd edirdi ki, müstəqil Azərbaycanın gələcəyi üçün ən mühüm vasitələrdən biri dövlət dili olan ana dilimizin inkişaf etdirilməsidir. Heydər Əliyevin siyasi xəttinə sadiq qalan Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq.” Bu məsələni hər zaman diqqət də saxlayan dövlət başçımız İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam xüsusi əhəmiyyət kəsb edən sənədlərdən biridir. Həmin ilin yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi reallaşıb. İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilimizin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır. Hər bir şəxsiyyətin öz xalqına olan məhəbbəti doğma tarixinə, dilinə, dininə və mədəniyyətinə münasibəti ilə ölçülür. Şüpəsiz ki, milli kimliyimizin bariz nümunəsi olan ana dilimizi qorumaq hər birimizin vətəndaşlıq borcudur.
Səba Rzayeva,
YAP-ın gənc fəalı

