Əsas səhifə 

Ana dilimiz mədəniyyətimizin müstəsna dəyəridir

Dil, bir milləti yaradan və onun milliliyini formalaşdıran önəmli amillərdən biri olub, o milləti yaradan fərdlər arasında əlaqəni yaradır. O millətin əcdadlarının yüzillər boyunca əldə etdiyi təcrübələri qoruyub, nəsillərdən nəsillərə ötürür.Dil, mədəniyyətin və bir millət kimi formalaşmanın əsas təməl daşıdır və millətin ən əziz, qiymətli sərvətidir. Dilimizin olduğu formada və mükəmməl şəkildə gələcək nəsillərə ötürülməsi üçün həm şəxsi, həm də ictimai duyarlılıq çox vacibdir. Dilimizin dünyada layiq olduğu yerə gəlməyi üçün əvvəla sağlam bir dil şüuruna sahib olmağımız, sonra da dilimizi elmi araşdırmalar edərək zənginləşdirməyimiz və işləməyimiz lazım gəlir.

Nəticə etibarı ilə dövlətin bir atributu kimi dilə hörmət etmək hər kəsin borcudur. Mədəniyyətimizin müstəsna dəyərlərini keçmişdən bugünədək ötürərək, o , bir birindən fərqli mədəniyyətlərlə qarşılıqlı əlaqəyə girərək canlılığını qoruya bilmişdir.

Dil bir millətin düşüncə tərzini göstərir. İnsanlar düşündüklərini dilə yansıtdıqları üçün bir dil, onu istifadə edən millətin necə düşündüyünü, düşüncəsinin necə formada inkişaf etdiyini ortaya qoyur, bir növ milli düşüncə formasını ortaya çıxarır. Müxtəlif millətlərin həyat təcrübələri, düşüncə tərzləri, ruh dərinliyi və duyğu incəliyi məhz o millətin dilində gizlidir.Ata sözləri, məsəllər bunun bariz örnəyidir. “Dil düşüncənin güzgüsüdür” sözü bunu açıq bir göstəricisidir.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər