Cəmiyyət 

Dəqiq diaqnoz…

Erməni xalqı kütləvi beyin zəhərlənməsindən əziyyət çəkir

Deyəsən, “Dəmir yumruq” bir çox erməni tarixçilərini, alimləri, cəmiyyətdə tanınan şəxsləri əməlli-başlı ağıllandırıb. Fikir verirsinizsə, 2020-ci ilin payızından bu yana nə qədər bu cür məşhur erməni “əlinin arxasını” yerə qoyub. Onlar mətbuatda açıq çıxışlar edərək xəstələnmiş erməni toplumunu ağıla gəlməyə, tarixə inanmağa və məntiqə güvənməyə çağırırlar. Onların təlaşının səbəbi var. “Ağıllanmış” bu ziyalılar erməni cəmiyyətinin tamamilə məhvə yaxınlaşdığını hiss edərək “həyəcan təbili” çalırlar. Bu yaxınlarda burnunun ucundan uzağı görən daha bir erməni ziyalısı öz soydaşlarına müraciət edərək onları düz yola qayıtmağa çağırıb. Özü həkim olmasa da, erməni xəstəliyinin sindromlarını düzgün müəyyən edib və dəqiq “diaqnoz” qoyub.

“Erməni xalqı kütləvi beyin zəhərlənməsindən əziyyət çəkir. İllərdir ermənilərin beyinləri yalan və böhtan məlumatlarla doldurulur. Bu, dövlət səviyyəsində təsdiqlənmiş bir plandır. Əsas məqsəd isə erməniləri guya “qədim xalq” olduğuna, bütün qonşularının torpaqlarının onların “qədim” dövlətlərinin əraziləri üzərində qurulduğuna inandırmaqdır. Bu artıq bir kütləvi xəstəlikdir.”

Bu fikirləri erməni əsilli ukraynalı tarixçi-tədqiqatçı Filip Ekozyants bildirib. “Sən ermənisənsə, “Azərbaycanın 1918-ci ildə yarandığına” inanmalısan, sən ermənisənsə, dünyada “ermənilərin xristianlığı ilk qəbul edən xalq kimi tanımalısan”. Bu fikirlərlə hazırda Ermənistanda uşaqların, cavanların beyinləri yuyulur. Bəs deyilmi öz xalqınızı aldatdınız? Axı, dünya ədəbiyyatı var, qədim əlyazmalar var. Elə bilirsiz sizin dırnaqarası tarixçilərinizin uydurduğu nağıllara bütün dünya inanır? Dünya alimləri sizə gülür. Mən uzun müddətdir bu məsələni araşdırıram. Azərbaycan qədim bir dövlətdir. Azərbaycan xalqı – qədim xalqdır. Buna dair yüzlərlə dəlil var. Gəlmə xalq bizik, əzizlərim. Mən Azərbaycanın tərəfini tutmuram, mən haqqın tərəfindəyəm. Erməni tarixçilərinin yazdıqlarına, danışdıqlarına bütün dünya alimləri gülür. Bu, axı, idiotizmdır”, – deyə o hiddətlə qeyd edib.

Erməni olanda nə olar, insafən, Filipin bütün dediklərində həqiqət var. Belə həqiqətləri dünyanın bir çox  tanınmış şəxsiyyətləri də bildiriblər. Əgər dünyanı lərzəyə salan Adolf Hitler kimi bir şəxs ermənilərə inanmayıbsa, onları satqın kimi tanıyıbsa, yəqin  əlavə şərhə ehtiyac olmaz. Hitler ermənilər barədə deyib ki, onlar himayəsində yaşadıqları dövlətlərə üç dəfə xəyanət ediblər, dördüncünü də edə bilərlər. Böyük rus şairi Aleksandr Puşkin və alman filosofu Karl Marks ermənilər barədə elə fikirlər bildiriblər ki, adam təkrar etməyə utanır…

Daha çox xəbərlər