Cahid Bağçıdan şəhidlərimizlə bağlı paylaşım – FOTO
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı şəhidlərimizin xatirəsini anıb.
O, bu barədə “Twitter” hesabında yazıb.
Türkiyəli diplomat “Vətən sağ olsun” deyə qeyd edib.
Xatırladaq ki, sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçularının sayı 71 nəfərə çatıb.

