Gündəm 

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi kursunu zəfərlə taclandırdı

İnkaredilməz həqiqətdir ki, Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Ulu öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, gücləndirilməsinə, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görüb, böyük tarixi nailiyyətlərə imza atıb. Onun bənzərsiz xidmətləri, milli məzmunlu, bəşəri xarakterli fəaliyyəti bir dövrü deyil, bir-birindən siyasi və ideoloji cəhətdən kəskin fərqlənən iki mərhələni – həm SSRİ dönəmini, həm də müstəqillik illərini əhatə edir. Azərbaycanın dövlətçilik tarixinin Heydər Əliyev dövrü quruculuq missiyası ilə bərabər, həm də xilaskarlıq missiyası ilə xarakterik və əlamətdardır.Ümummilli Lider hakimiyyətə gəlişinin ilk illərindən etibarən ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətinhəyatında əvəzedilməz rola malikdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Artıq 18 ildir ki, Heydər Əliyev siyasi məktəbinin yetirməsi оlan Prezident İlham Əliyev özünün yüksək keyfiyyətləri, dövlət idarəçiliyi, bacarığı sayəsində məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmiş, onun ardıcıl və sistemli sürətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, ölkənin maraq və mənafeyini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona hörmət və məhəbbətini qazandırmışdır.

Göründüyü kimi, İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyəti, оnun dövlət idarəçiliyi prinsipləri, qəbul оlunan əzəmətli və prоqram xarakterli qərarlar və оnların yüksək səviyyədə yerinə yetirilməsi, cəmiyyətdə hökm sürən milli birlik və həmrəylik, siyasi kursa sadiqlik, habelə verdiyi vədlərin əməli fəaliyyətə praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir.Görkəmli dövlət xadimi Heydər Əliyevin ideyaları ölkəmizin hərtərəfli və dinamik inkişafına istiqamət verdiyi kimi, həm də bu ideyalar Azərbaycanın dayanıqlı inkişafının əsasını təşkil edir.Ən əsası isə 30 illik Qarabağ həsrətinə son qoyaraq Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi bu gün Şuşada , Laçınada, Ağdamda , Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə şanlı Azərbaycan bayrağı dalğalanır. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də 3 oktyabr 1993-cü ildən başlayan yolun, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsinin məntiqi nəticəsidir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər