Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun növbəti tədbiri Bərdə Regional “ASAN xidmət” Mərkəzində keçirilmişdir.

“İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru İlahə Quliyevanın təşkilatçılığı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə “ASAN xidmət” mərkəzinin direktoru İlahə Quliyeva açaraq, dövlət qulluğuna və dövlət orqanlarına olan inam və etimadın gücləndirilməsi məqsədilə dövlət qulluqçularının etik davranış qaydalarına əməl etmələrini, onların vəzifə borcu olduğunu qeyd etmişdir.
Tədbirdə YAP Bərdə rayon təşkilatında sədr müavini Elməddin Əsgərxanov, Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəmsiyyə Abbaszadə və inzibati ərazi dairələri üzrə nümayəndələr, Bərdə regional Mədəniyyət İdarəsinin nümayəndəsi Fərid Hacıyev, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fidan Nəsirli və Bərdə regional “ASAN xidmət” mərkəzinin əməkdaşları Bəhruz Abdullayev, Azadə Həsənova, Məftunə Əfəndiyeva çıxış etmişlər.
Tədbir diskussiya şəraitində keçmiş, iştirakçıların sualları cavablandırılmışdır.

Daha çox xəbərlər