Ermənistan müharibə cinayətlərinə görə cavab verəcək
2020-ci ilin 27-28 oktyabr tarixlərində döyüş əməliyyatlarının aparıldığı ərazidən uzaq məsafədə yerləşən Bərdə rayonuna edilmiş raket hücumları nəticəsində 27 nəfər həlak olub, 70-dən çox insan yaralanıb
2020-ci il sentyabrın 27-dən başlayaraq döyüş bölgəsində uduzan, cəbhədəki məğlubiyyəti ilə barışmayan təcavüzkar Ermənistan terrorçuluq edərək günahsız insanları hədəfə alır, dinc əhaliyə qarşı vandalizm aktları həyata keçirir, xüsusi dağıdıcı gücə malik kasetli bombalarla mülki infrastruktur obyektlərini və nəqliyyat vasitələrini atəşə tuturdu. Militarist Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq təkcə Bərdə və Gəncəni deyil, eyni zamanda, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutublar. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 min 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.
İşğalçı Ermənistan 2020-ci il sentyabrın 27-də atəşkəs rejimini pozaraq hərbi əməliyyatlara başladıqdan sonra şəhərlərə və digər yaşayış məntəqələrinə qarşı qadağan olunmuş bombalardan istifadə edib. Qeyd olunan bombacıqlar “Kaset sursatlar haqqında” Konvensiyaya uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinfinə daxil edilib. İnsanlıqdan nəsibini almayan düşmənin hətta Ermənistan əsgərlərinin cəsədlərini yığan, üzərində ağ bayrağın qaldırıldığı açıq-aşkar şəkildə görünən Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzarəti altında olan Azərbaycanın tibbi maşınlarını atəşə tutması bu ölkənin mahiyyət etibarılə terrorçu dövlət olduğunu bir daha ortaya qoydu.
Hərbi cinayətlərini davam etdirən Ermənistanın silahlı qüvvələri bölgə üçün böyük irriqasiya əhəmiyyəti daşıyan Mingəçevir Su Elektrik Stansiyasını, Avropanın enerji təhlükəsizliyinin əsasını təşkil edən və regionun iri strateji obyektləri sayılan Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Ceyhan neft boru xətlərini hədəf kimi seçərək bombaladılar. İşğalçı Ermənistan 2020-ci il sentyabrın 27-də atəşkəs rejimini pozaraq hərbi əməliyyatlara başladıqdan sonra şəhərlərə və digər yaşayış məntəqələrinə qarşı qadağan olunmuş bombalardan istifadə edib. Qeyd olunan bombacıqlar “Kaset sursatlar haqqında” Konvensiyaya uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinfinə daxil edilib. İnsanlıqdan nəsibini almayan düşmənin hətta Ermənistan əsgərlərinin cəsədlərini yığan, üzərində ağ bayrağın qaldırıldığı açıq-aşkar şəkildə görünən Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzarəti altında olan Azərbaycanın tibbi maşınlarını atəşə tutması Ermənistanın mahiyyət etibarı ilə terrorçu dövlət olduğunu bir daha ortaya qoydu.
Oktyabrın 9-da Moskvada əldə edilən razılaşmasını heçə sayan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi heç bir beynəlxalq norma və prinsipə əməl etmir və terrorçu əməllərini davam etdirir. Lakin təəssüf ki, həmin günlərdə beynəlxalq aləm 1949-cu il Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı evləri, mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edən və mülki vətəndaşlara qarşı əsl soyqırımı törədən işğalçı ölkənin cinayətlərini sükutla qarşılayırdı.
Terrorçu Ermənistanın Azərbaycanın cəbhəyanı və cəbhədən çox-çox uzaqda yerləşən ərazilərini, yaşayış məntəqələrini uzaqmənzilli raketlərlə və digər qurğulardan atəşə tutması birbaşa Azərbaycan əhalisinin məhvinə yönəlmişdi. Nasist Nikol Paşinyanın sözçüsü hətta “Rossiya-24” kanalına müsahibəsində açıq-aydın etiraf etmişdi ki, Ermənistanın məqsədi Azərbaycan əhalisində qorxu, təşviş yaratmaq idi. Ermənistanın hərbi-cinayətkar rəhbərliyindən fərqli olaraq, Azərbaycan Ordusu qırx dörd günlük müharibədə mülki əhaliyə deyil, yalnız düşmənin Azərbaycan ərazisində formalaşdırdığı hərbi obyektlərə zərbələr endirirdi. Bütün cəbhə xətti boyunca Azərbaycan düşmənin layiqli cavabını verir, cinayətlərin törədilməsi barədə əmr verən erməni hərbi komandirləri bir-bir məhv edilirdi.
Təəssüf ki, beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud şəkildə pozmaqla çoxsaylı müharibə cinayətləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməyib. Əmin olmaq istərdik ki, insanlıqdan nəsibini almayan erməni faşistləri bəşəriyyət əleyhinə törətdikləri cinayətkar əməllərə görə tezliklə öz layiqli cəzalarını alacaqlar.

