Siyasət 

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozaya təbrik məktubu göndərib.

ARANTV.AZ azərtac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.

Daha çox xəbərlər