Hadisə 

Paytaxtda 5 yaşlı uşağı avtomobil vurub

Bakının Nizami rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 2017-ci il təvəllüdlü Ələsgərli Cahid Tural oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Daha çox xəbərlər