Şou biznes 

Rejissor Anar Hüseynovun ölüm səbəbi AÇIQLANDI – YENİLƏNİB + FOTO

Rejissor Anar Hüseynovun ölüm səbəbi məlum olub.

Mərhumun qardaşı Vüqar Hüseynov Axşam.az-a açıqlamasında onun ölüm səbəbini açıqlayıb:

“Şəkər xəstəsi idi, insulin vuruldu. Şəkəri qalxıb, komaya düşdü. Həyatını xilas etmək mümkün olmadı”.

19:45

Tanınmış rejissor Anar Hüseynov dünyasını dəyişib.

Bu barədə müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında paylaşım edib.

“Bu ölüm sənə heç yaraşmadı, ay Anar”, – deyə Rəqsanə bildirib.

Qeyd edək ki, A. Hüseynov Azərbaycan şou-biznesinin bir çox tanınmış simaları ilə əməkdaşlıq edib.

 

Daha çox xəbərlər