Kakao haqqında bunları bilirdinizmi?
Məşhur inancın əksinə olaraq, kakao ilk dəfə Mərkəzi Amerikada deyil, 5500 əvvəl Ekvador Amazonunda istifadə edilib. İnsanlar hər şeyin ilkin ixtirasının Mezoamerikadan, Meksikadan və bu kimi bəzi başqa yerlərdən gəldiyini düşünməyə meyillidirlər. Lakin kakaonun əsl vətənini tapmaqla bu inanclar nisbətən aradan qalxmışdır. Bu barədə arxeoloqların da fikirləri var. Fransız və ekvadorlu tədqiqatçılar iki çayın qovuşduğu yerdə məzarlığa bənzəyən arxeoloji kompleks aşkar ediblər, hansi ki ilkin keramikanın ixtiraçıları olan “mayo çinçipe” xalqı tərəfindən tikildiyi fərz olunur.
“Məzarlarda tapdığımız şeylər adətən mərasim əşyaları, dəfn obyektləridir. Hansı ki, onlar mərhumun başqa bir dünyaya aparması üçün məzara daxil edilən əşyaların bir hissəsidir. Araşdırmaları davam etdirdikcə yerli kakao istifadəsinin də şahidi olduq. Damarlardan götürülmüş DNT nümunələri kakaonun ilk dəfə maye şəklində şorbalarda, içkilərdə və hətta pivədə istehlak edildiyini göstərir.
O zamanlar kakao, eyni zamanda, dərman kimi də istifadə olunub. Həmçinin insanlar ondan müalicəvi element, yemək və ilahi qüvvələr üçün mərasim zamanı istifadə edirdilər.
Bəs necə oldu ki, kakao Avrapoda istifadə edilməyə başladı?
Yalnız XV əsrdən İspaniya fatehləri kakaonu Avropaya aparmışdılar. İlkin dövrlərdə kakao daha çox elit təbəqə üçün nəzərdə tutulmuşdur. Hal-hazırda isə belə bir məhdudiyyət yoxdur.
Nazənin Xalıqverdiyeva,
Azərbaycan Universitetinin tələbəsi

