Gündəm 

Nizami Gəncəvi dahi Azərbaycan mütəfəkkiridir

İranın ədəbiyyat oğruları bu tarixi həqiqəti bilsələr də onu fars şairi kimi qələmə verməkdən nə utanır, nə də usanırlar

Böyük şairimiz Nizami Gəncəvi Azərbaycanın, eləcə də türk dünyasının dahi mütəfəkkirlərindən biridir. Bununla bərabər, Nizami dünya ədəbiyyatının görkəmli simaları sırasındadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, keçmiş dövlət və hökumət başçıları, Mərkəzin İdarə Heyətinin üzvləri Mərkəzin fəaliyyətinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Ötən 10 il ərzində Mərkəzin sıralarının genişləndiyini və beynəlxalq səviyyədə nüfuzlu bir təsisata çevrildiyini deyən qonaqlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumunun uğurlu olacağına əminliklərini bildiriblər, bu Forum çərçivəsində beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirə ediləcəyini vurğulayıblar.

Prezident İlham Əliyevin iştirakı ilə martın 9-da öz işinə başlayan X  Qlobal Bakı Forumu Azərbaycan ədəbiyyatına əl uzadanlara tutarlı bir cavabdır. Xüsusilə, İran sanki oğurluq üstündə yaxalandı.

Belə ki, mart ayının 4-dən 11-ə kimi İranda Nizami Gəncəvi həftəsi elan edilib. Tehran Universitetində İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Nizaminin fars kökənli iranlı şair olduğu iddiasını irəli sürüb. Təbrizdə keçirilən seminarda da eyni fikirlər təkrar olunub. Biz Azərbaycan türklərində bir sual yaranır ki, nə üçün İran və onun məsul şəxsləri Nizami Gəncəvini azərbaycanlı və türk kökənli olduğunu inkar edib, fars əsilli və iranlı kimi tanıtmaqda israrlıdırlar?

Cənubi azərbaycanlı ziyalı Cavanşir bununla bağlı bildirib ki, hazırkı İran İslam Respublikası Pəhləvi rejiminin davamıdır. Pəhləvilər 1925-ci ildə İngiltərənin vasitəsi ilə Qacarları devirib, İranda hakimiyyətə gəldilər. Bu hakimiyyət bütün xalqların mədəniyyətini, tarixini, torpaqlarını farsların xeyrinə müsadirə etmək niyyəti ilə qurulmuşdu. Təkmillətli, təkdilli, yəni fars dilinə xidmət edən bir dövlət kimi yüz ilə yaxındır bizə və digər qeyri-farslara zülm edir. Biz belə bir hökumətin zülmü altında yaşayırıq. Yerüstü və yeraltı sərvətlərimizi qarət edir, mədəni irsimizə sahib çıxıb, varlığımızı inkar edirlər. Baş tutan mədəni, siyasi, iqtisadi tədbirlər fars dövləti, fars imperiyası və panfarsizmə xidmət etmək məqsədi ilə keçirilir. Onun üçün bizim şairləri iranlı və fars şairləri kimi təqdim edirlər. Böyük mücadilə nəticəsində qadağa qoyulmuş mədəni sərvətlərimizi, ədəbiyyatımızı, musiqimizi ortaya çıxaranda belə onları İran adı ilə təqdim edirlər. Hətta bizim əl işlərimizi, xalça, toxuma sənətimizi, tarixi binalarımızın hamısını, formalarını, şəkillərini, modellərini fars adı ilə dünyaya tanıdırlar. Məsələn, Təbrizdə toxunan xalçalar fars xalıları kimi təqdim edilir. Şeirlərimizi də fars ədəbiyyatı kimi təqdim edirlər. Eyni cür də şəxsiyyətlərimizi, tanınmış elm, siyasət və idman sahəsində məşhur olan insanlarımızı da iranlı olaraq tanıtmaq istəyirlər. Bütün bunların hamısı Güney Azərbaycanda, bizim gözümüzün qarşısında hər gün baş verən hadisələrdir.

İran nəinki Güney Azərbaycanın, bütün türk dünyasının və Şimali Azərbaycanın mədəniyyətinə də bu cür sahiblənmək istəyir. Belə çirkin məqsədlə Azərbaycanın da maddi və mənəvi abidələrinə sahib çıxmaq niyyətindədilər. Elə ona görə də Nizami Gəncəvini fars şairi kimi dünyaya tanıtmağa cəhd göstərir. Keçirilən bu seminarda da şairin doğum yerini, türk mühitində böyüyüb tərbiyə almasını, o adətlərlə yetişməsini, özünəməxsus türk ruhunu danırlar. Bu haqda danışmırlar. Nizaminin türkcə olan şeirlərini yandıraraq məhv ediblər, ya da ərəbcə dediklərinə qiymət verməyiblər. Hətta onun farsca yazdığı əsərlərin məğzini təhrif etməyə çalışıblar. Keçirilən seminarlar buna xidmət edir. Sübut etmək istəyirlər ki, guya qədimdən hamı Şimali Azərbaycanda, o cümlədən də Gəncədə farsca danışıb. Sonradan türk olublar. Nizami Gəncəvi də farsdır. Təbii ki, bunların hamısı uydurma və ağ yalandır. İran mənsublarının niyyəti budur ki, Cənubi və Şimali Azərbaycan türklərinin irsini bu yolla təhrif edib, mənimsəsinlər.

Məsələ ordan “infeksiya” tutub ki, Nizami Gəncəvinin əlyazmalarının üzünü köçürən iranlı ədəbiyyatçı Hacı Əli Lütvi bəy şairin əsərinə dörd misra əlavə edərək saxtakarlıq edib. Sonra oğru Hacı Əli “kəşfində” iddia edib ki, guya Nizaminin öz əli ilə yazılıb ki, guya o, İranın Qum şəhərinin Qohestan adlı kəndində anadan olub. Ancaq axtarışlar göstərib ki, belə bir kənd heç vaxt mövcud olmayıb və yoxdur. Yəni, bütün iddialar bu saxtakarlıqdan qaynaqlanır.

Ancaq unudurlar ki, Nizami Gəncəvi anadan olandan vəfat edənədək Gəncədən kənara çıxmayıb və başqa yerdə yaşamayıb. Şairin məzarının bu gün də Gəncədə qalması, dövlət tərəfindən abadlaşdırılması və qorunub saxlanması onun milli kimliyinin daha bir sübutudur. Atabəylər dövlətinin hökmdarı böyük şairə dərin hörmətindən irəli gələrək Gəncə yaxınlığındakı Həmdünyan kəndini ona hədiyyə edib. Arxeoloqlarımız həmin kəndin qalıqlarının Goranboy rayonu ərazisində, Gəncənin lap yaxınlığında olduğunu müəyyən ediblər. Əgər Nizami Gəncəvi fars olsaydı ona farslara məxsus yerdə kənd hədiyyə edərdilər. Ümumiyyətlə, burada ortaya çoxlu suallar çıxır və hamısının cavabında Nizaminin Azərbaycanlı olması təsdiqlənir.

Məlumdur ki, Nizami Gəncəvi 1209-cu ildə vəfat edib. Düz 600 ildən sonra farslar iddia ediblər ki, Nizami fars şairi imiş. Bəs bu yaramazlar harada yatıblarmış ki, şairin vəfatından 600 il sonra oyanıblar?

Başı havalı farslar oxşamışları erməni bəradərləri kimi qonşuların tarixini, mədəniyyətini, ədəbiyyatını, hətta mətbəxini belə oğurlamaqdan nə utanır, nə də usanırlar. Deyəsən, bu millətlərin leksikonunda utanmaq adlı söz belə yoxdur. Hər iki “qardaş” abırsızlıqda dünyada ilk yerləri bölüşdürürlər. Ancaq hansının birinci, hansının ikinci olduğunu yalnız özləri bilirlər. Hələ də mağara təfəkkürü ilə mövcud olan bu “qardaşlar” bəşəriyyətin yanına çıxmış cüt çiban kimidirlər. Artıq “yetişiblər”…

Daha çox xəbərlər