NOVRUZ BAYRAMININ HƏR İL YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNMASI MƏDƏNİ KEÇMİŞİMİZƏ EHTİRAMIN GÖSTƏRİCİSİDİR
«ARANMEDİA» GROUP NOVRUZ
BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINI TƏBRİK EDİR
XALQIMIZIN ƏN ƏZİZ, ƏN SEVİMLİ
BAYRAMLARINDAN OLAN NOVRUZUN MİLLİ
BAYRAMLARIMIZ İÇƏRİSİNDƏ XÜSUSİ YERİ VAR.
Qədimliyi, ta təbiətin mövcud olduğu zamanla
ölçülən Novruz bayramı, əslində elə təbiətin,
kainatın yeniləndiyi, təzələndiyi bir ana təsadüf
edir. Təsadüfi deyil ki, Novruz, elə «yeni il»
anlamını ifadə edir. Novruz gəlişi ilə evlərə,
ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hər
evdə, hər ailədə Novruz bayramına əvvəlcədən
hazırlıq gedir. Analar, bacılar şəkərbura,
paxlava, şorqoğal və başqa nemətlər bişirir,
bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.
El tonqal başına yığışır, küsülülər barışır,
qohumlar, dostlar bir-birinin evinə təbrikə
gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandınr,
tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq
falına çıxırlar. Hər yerdədə hamının dilində eyni
sözlər səslənir: «Bayramınız mübarək!»
Novruz bayramı həm də halallıq, təmizlik
bayramıdır. Bayrama bir ay qalmış adamlar
dörd çərşənbə axşamını qeyd edirlər. Bu
çərşənbələrin hər biri, bütün həyatın varlığı
üçün vacib olan dörd ünsürdən birinə – od,
torpaq, su və havaya (yelə) həsr olunur. Bu da
Novruzun dünyanın ən qədim, ən müdrik
bayramlarından biri olduğunu göstərir. Novruz
şənlikləri arasında ilin axır çərşənbəsi olduqca
təntənə şəkildə qeyd olunur.
Bayramın özəlliklərindən biri də həmin gün
dünyasını dəyişənlərin yad edilməsi,
anılmasıdır. Bu bayramda Vətən uğrunda
canlarını fəda edənləri yad etmək üçün minlərlə
insan Şəhidlər xiyabanına axışır. Novruz
bayramı xalqımızın həyata nikbin baxışının,
təbiətin və insanlığın qələbəsinə inamının
bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini
saxlayan bu ənənəvi bayram ən kütləvi xalq
bayramıdır.
Azərbaycanın milli-mənəvi dəyərlər
sistemində xüsusi yeri ilə seçilən Novruz
bayramının hər il yüksək səviyyədə qeyd
olunması xalqın mədəni keçmişinə ehtiramın
göstəricisidir. Zaman-zaman qadağalarla
üzləşməsinə, yasaqlanmasına baxmayaraq
xalqımız mənəvi irsimiz olan Novruz
ənənələrini yaşatmış və yad təsirlərdən
qorumuşdur. Azərbaycanın dövlət
müstəqilliyinin bərpası, xüsusilə də Ümummilli
lider Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışından sonra milli-mənəvi dəyərlərimizə
xüsusu diqqət ayrıldı. Ulu öndərin siyasi
kursunun layiqli davamçısı cənab İlham
Əliyevin diqqət və qayğısı ilə Novruz bayramı
hər il yüksək səviyyədə qeyd olunur. Birinci
xanım Mehriban Əliyevanın təşəbbüsü ilə
Novruz bayramı UNESCO-nun qeyri-maddi irsi
siyahısına daxil edilmiş və 21 mart tarixi BMTnin Baş Assambleyası tərəfindən “Beynəlxalq
Novruz Günü” elan olunmuşdur. Son illər
keçirilən Novruz bayramları torpaqlarımızın
azad edilməsi, şanlı ordumuzun tarixi qələbəsi
sayəsində xüsusi təntənə ilə qeyd olunur.
Bayram günlərində Azərbaycan əsgərinin azad
edilmiş ərazilərdə çatdığı bayram tonqalları,
qələbə təşnəsi ilə alışıb yanan xalqımız
tərəfindən xüsusi coşqu ilə qarşılanır. Şübhəsiz
ki, bu şanlı qələbə şəhidlərimizin, qazilərimizin
qanı bahası, xalqımızın nümayiş etdirdiyi tarixi
birlik, həmrəylik sayəsində əldə edildi.
«AranMedia» GROUP olaraq bütün
Azərbaycan xalqını təbrik edir, şəhidlərimizə
Allahdan rəhmət, qazilərimizə can sağlığı
diləyirik. Qoy, bu Novruz bütün xalqımıza,
millətimizə düşərli olsun. Bütün dərdlər
unudulsun, üzlərdə təbəssüm, ürəklərdə bol
sevinc, sağlamlığınız möhkəm, arzularınız
sonsuz, ürəyiniz ümidli, ümidləriniz atlı,
sevdanız qanadlı, sevinciniz qatlı, süfrəniz
dadlı, məkanınız taxtlı olsun. Novruz bayramın
mübarək Azərbaycan!
ARANTV.AZ