Region Xəbərləri 

Bərdədə şəhid və qazi ailələrinə bayram sovqatı verlib.

ARANTV.AZ xəbər verir ki,19 mart 2023 -cü il tarixdə “BƏRDƏ ÇÖRƏK” ASC-nin sədri Məhərrəm Şəfiyev və  Bərdə Çörək ASC– nin icraçı direktoru Şahin Məmmədovla birlikdə Dəymədağlı kəndində şəhidimiz Qarayev Elyar Vəli oğlunun,Hüseynbəyli kəndində şəhidimiz Rüstəmov Zabit Əli oglunun,Bərdə şəhərində mülki şəhidimiz Quliyev Ağamoğlan Bəylər oğlunun,həmçinin Kələntərli kəndində qazimiz Həsənov Orxan Baloğlan oğlunun və Bərdə şəhərinə atılan raketlər nəticəsində əlil olan Şirinov Elçin Həvəskar oğlunun ailələrini ziyarət etdik.Problemləri və ehtiyacları ilə maraqanıldı və hər ailəyə bayram sovqatları təqdim edilib.Allah şəhidlərimizə rəhmət ,qazilərimizə can sağlığı versin.
ARANTV.AZ 
Nilufər Əliyeva

Daha çox xəbərlər