Dünya 

Fransada planer qəzaya uğrayıb, ölənlər var

Fransanın Yuxarı Alplar departamentində planer qəzaya uğrayıb.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, yerli vaxtla saat 13:30-da Sen-Bonne-an-Şansor kommunasında baş verən qəzada 2 nəfər həlak olub.

Həlak olanlar 50-yaşlı kişi və yeniyetmə olub. Onların Avstriya vətəndaşı olduğu bildirilir.

Qəzanın səbəbi müəyyən edilməyib. Qəza ilə bağlı araşdırma başlanılıb.

Daha çox xəbərlər

Leave a Comment