Dünya 

Tayvanda xəstəxanada yanğın olub: 9 ölü, 16 yaralı

Tayvanın Cinbey şəhərinin xəstəxanalarının birində güclü yanğın baş verib.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, yanğın nəticəsində azı 9 nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb. İnsident gecə saatlarında məlum olmayan səbəbdən xəstəxananın 7-ci mərtəbəsində baş verib.

Yanğın barədə məlumat yerli vaxtla saat 04:36-da yanğınsöndürmə xidmətinə daxil olub. Hadisə yerinə 79 texnika və 243 yanğınsöndürən gəlib və yanğın saat 05:27-də nəzarət altına alınıb.

Hazırda xəsarət alanlardan 10-nun vəziyyəti çox ağırdır.

Daha çox xəbərlər

Leave a Comment