Hadisə 

Gədəbəydə 35 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Gədəbəy şəhərində dəm qazından zəhərlənən şəxs dünyasını dəyişib.

“Report”un Qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakini 1988-ci il təvəllüdlü Mustafayev Məcid yaşadığı evdə dəm qazından zəhərlənib.

O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər