Ermənistanın səngiməyən mina terroru
Ermənistanın Azərbaycana qarşı törətdiyi və əsasən dinc sakinləri hədəfə alan mina terroru bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş hərbi cinayət, sülhə və sabitliyə ciddi təhlükədir. Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra Ermənistan işğaldan azad edilmiş müəyyən ərazilərin minalanmış sahələrinin xəritəsini ölkəmizə təqdim etsə də, faktiki olaraq bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir və həmin xəritələrin dəqiqliyi cəmi yüzdə 25 faizdir. Ermənistanın torpaqlarımıza basdırdığı minaların dəqiq xəritələrini verməkdən boyun qaçırması isə dövlət siyasəti terrora köklənən bu ölkənin cinayət əməllərini hələ də davam etdirmək niyyətlərini açıq ortaya qoyur. Bu azmış kimi, Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar yerləşdirməkdə davam etdiyinə dair yeni sübutlar mövcuddur. Bu minalar Ermənistanın qanunsuz işğalı nəticəsində azərbaycanlıların 30 il əvvəl qovulduğu mülki yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilməklə məcburi köçkün ailələrinin və icmaların öz evlərinə qayıtmasına maneçilik törədir.
Təəssüf ki, Azərbaycan dünya ölkələri arasında mina və müharibənin partlayıcı qalıqları ilə çirklənmə səviyyəsinə görə ilk pillələrdədir. Bir neçə gün öncə Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndi ərazisində baş verən mina partlayışı, həmçinin Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisindəki insan tələfatı ilə nəticələnən mina partlayışı deyilənlərin növbəti sübutudur. Hadisə Talış kəndindən, Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində olan hissəsində qeydə alınıb. Hadisənin baş verdiyi ərazi əvvəllər qoşunların təmas xətti olub. Hərəkətdə olan avtomobil şahmat üsulu ilə basdırılan minalardan birinə toxunub. Partlayış zamanı avtomobil yoldan kənara düşüb. Partlayan minanın TM62 PM markalı tank əleyhinə mina olduğu bildirilir. Tank əleyhinə minanın partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olublar.
Ümumiyyətlə, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 300 nəfərə yaxın mina qurbanlarından 51 nəfəri həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 1990-cı illərin əvvəlindən bu günə qədər isə 3300-dən çox vətəndaşımız mina qurbanı olmuşdur. Son bir neçə həftə ərzində 3 mina insidenti baş verib ki, nəticədə 5 nəfər mina qurbanına çevrilib. Bunlar onu göstərir ki, Ermənistan düşmənçilik niyyətindən əl çəkməyib, əsas məqsədlərindən biri daha çox mülki şəxsin ölümünə nail olmaq, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasını maneçilik törətmək, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir.
20 ildən çoxdur ki, Mina Təhlükəsi ilə mübarizə proqramına qoşulan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) da bu istiqamətdə çoxsaylı layihələr həyata keçirib, kampaniyalar başladıb, dəfələrlə bəyanatlarla çıxış edib və müxtəlif yerli və beynalxalq tədbirlərin, konfransların, seminarların təşkilatçılığında yaxından iştirak edərək öz humanitar fəaliyyəti ilə bu bəşəri problemin həllinə töhfə verməyə çalışıb. 2002-ci ildən aktiv faaliyyət göstərən BAMF-in İcma Mina Aksiyası komandası bu günə qədər 10 min hektardan artıq ərazini mina və partlayıcı sursatlardan təmizləyib. Bununla belə, Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində haqlı olaraq beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyir. Bu məsələdə beynəlxalq ictimaiyyətin həm siyasi, həm də əməli dəstəyi olmalı, onlar humanitar məsələlərlə bağlı öhdəliklərini yerinə yetirməlidirlər.
Mina təhlükəsi son əlli ildə dünyanın bir sıra ölkələrində sakinlərin və mütəxəssislərin qorxulu kabusuna çevrilmişdir. Ancaq ekspertlərin fikrincə, heç bir ölkədə mina təhlükəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki qədər dəhşətli və qorxulu deyil. Çünki başqa müharibələrin iştirakçıları sivil insanlar olduğuna görə, əksər müharibədən sonra minalanmış ərazilərin xəritəsi qarşı tərəfə təqdim edilir. Ermənilər isə nəinki münaqişə və müharibə dövründə basdırdıqları minaların yerini gizlətdilər, hətta müharibə başa çatandan sonra da ərazilərimizdə külli miqdarda mina “əkdilər”. Bu isə ermənilərin dünyanın başqa millətlərindən fərqinin, daha doğrusu, nə qədər iyrənc olduğunun göstəricisi idi. Yeri gəlmişkən Azərbaycan Prezidenti İlham Əliyev “Qafqazın Xirosiması”na çevrilmiş Ağdama səfərlərindən biri zamanı düşmənin bu iyrənc xislətini belə ifadə etmişdir: “Sanki buradan vəhşi qəbilələr keşmişdir”. Bəli, özünü erməni adlandıran haylar son iki əsrdə birmənalı şəkildə sübut ediblər ki, təkamül prosesi onlardan yan keçib. Yəni, bu vəhşi sürü hələ də insan ola bilməyib.
Bütün bunlara baxmayaraq Azərbaycan torpaqlarını işğaldan azad etdiyi kimi, onu düşmənin minalarından təmizləməyi də bacaracaq. Ermənistan isə nə qədər gec deyil, terrorçu niyyətindən əl çəkməli, səylərini təhlükəsiz, firavan, sabit region yaratmağa yönəltməlidir.

