Region Xəbərləri Təhsil 

Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

Heydər ƏLİYEV,
Ümummilli lider
Ulu Öndərin siyasi kursunun layiqincə davam etdirilməsi bu gün bütün sahələrdə olduğu kimi, uşaqlara olan diqqət və qayğıda, onların Vətənə layiqli övlad kimi yetişdirilməsində özünü büruzə verir.
Uşaq – ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir.
22.07.2023- cü il tarixində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçası məzunlarının ” Məzun Günü” keçirildi. Sevindirici hal idi ki, 5-6 yaş (məktəbəhazırlıq qrupu) üzrə keçirilmiş “Əlvida bağça” tədbiri respublikada məktəbəqədərtəhsil müəsssisələri üzrə bir “İlk” oldu. Bu günü səbirsizliklə gözləyən körpələrin simasındakı sevinci görmək qürurverici hiss idi. Məktəbəqədərtəhsil müəssisəsi olaraq belə tədbirləri sevərək və böyük ruh yüksəkliyilə həyata keçiririk.
Hər bir övladımıza gələcək həyatlarında uğurlar arzu edirik.

Daha çox xəbərlər