Gündəm 

Daha fransız xalqı kef eləyə bilmir…

Çünki istismar etdikləri xalqlar ayağa qalxıb işğalçıları öz ölkələrindən qovurlar

Düşündürücüdür ki, görəsən niyə son bir neçə yüz ildə bu Fransada bir ağıllı, humanist, ədalətli və insanpərvər adam dövlət rəhbəri ola bilmir? Əvvəlkilər yüz faiz kolonistlər idilər, onlar zəif  dövlətlərin və xalqların qaniçən cəlladı  olublar.    Sonuncu Prezident Emmanuel Makron isə hakimiyyətə quduzlaşmış bir vəziyyətdə gəldi. Artıq ikinci müddətdir ki, Fransanın Prezidenti vəzifəsini icra edən Makron fransız xalqının adını bədnam edən biabırçı siyasət yürütməkdə davam edir. Böyük bir xalqın başında duranllara bir bax! Hərəsi bir cür başdanxarab. Makron bilə-bilə ki, Ermənistan Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə silah gücünə işğalda saxlayıb, on minlərlə dinc əhalini qırıb-çatıb, yüzlərlə şəhər və kəndi bünövrəsinə qədər dağıdıb, bir milyona qədər sakini öz ata-baba yurdundan deportasiya edib, qaçqın-köçkün vəziyyətinə salıb bununla belə qaniçən ermənilərə qahmar çıxır. Buna nə ad vermək olar?

Bir zamanlar dərviş Məstəli şahın “partlatdığı” Paris bu gün də heç cür ağıllanmaq istəmir. Bütün olanlardan dərs çıxarmaq əvəzinə, daha da azğınlaşır. Axmaq siyasətinə və yekəxana davranışına görə Azərbaycana yaxın buraxılmayan Makron Fransa Afrikadan qovulduqca daha da aqressivləşir. Mürtəce Fransa rəhbərlərinin məzlum xalqlara etdikləri zülmlər bumeranq kimi öz üzərlərinə qayıdır.

Kolonist və zəif dövlətlərə qarşı radikal yanaşma təkcə Fransa dövlətinin başında duranların deyil, ölkədə müxalif siyasi dairələrin təmsilçilərinin də beyninə həkk olunub. Onlar da işğalçı dövlətlərinə qarşı göstərilən etirazları və təpkiləri qəbul və həzm edə bilmirlər. Ancaq bu, heç də təəccüblü deyil. Fransa Senatının sədrinin müavini Rocer Karuçi, Senatda “Respublikaçılar” siyasi qrupunun rəhbəri Bruno Retalyö, Senatın Müdafiə və xarici məsələlər komissiyasının sədri Kristian Kambon Prezident Emmanuel Makrona müraciət ediblər. Onların məktubuna ümumilikdə parlamentin 94 üzvü imza atıb. Müraciətdə Fransanın əsrlərlə davam edən mürtəce Afrika siyasətinin bitməyə doğru getməsindən dərin məyusluq ifadə edilir. Niyə də məyus olmasınlar? “Yağlı tikələr” bir-bir əldən çıxır axı.

Bu məyusluq Çinin, ABŞ-ın, Rusiyanın Afrikada Fransanın mövqelərinə “zərbə” endirməsi ilə müqayisəli şəkildə ifadə olunur. Sadə dildə desək, Afrika xalqları Fransanın buynuzlarını sındırmağa başlayıblar.

Fransada neokolonial təfəkkürün kökləri hələ dərindədir, sınmaq bilmir. Çünki Fransa tarix boyu müstəmləkəçilik siyasəti yeridib, başqa xalqları əzməklə, istismar etməklə, var-yoxunu əlindən almaqla özünə xoş gün-güzəran düzəldib. Təbii sərvətləri talamaqla bərabər, vəhşi soyqırımı cinayətləri törədib. Bu, istər-istəməz Fransa siyasətinin müxtəlif qanadlarına təsir edir. Halbuki, Fransa keçmişdəki hərəkətlərinə görə Afrikadan üzr istəməlidir.

Lakin o, keçmişin izlərini silib gələcəyə konstruktiv baxmaq əvəzinə qəddarlığı əsas tutur. Fransa yağlı tikə kimi baxdığı regionların bir-bir əldən çıxmasını müşahidə edir. Ancaq özünün keçmişdəki qəddarlıqları, cinayətlərinin də aşkara çıxmasına baxaraq əsəb içərisində qıvrılır. Fransa artıq ifşa olunur, dünya arenasında biabır edilir. Hətta Qərbin özündə belə Fransaya yuxarıdan aşağı baxırlar. Bu, Makron hakimiyyətinin uğursuz siyasətinin nəticəsidir. Çünki Fransa Rusiya-Ukrayna müharibəsində ikinciyə dəstək adı altında Rusiyanın dəyirmanına su tökür. Bu bəs edir ki, Qərbdə Fransanın üzünə xoş baxmasınlar.

Amma Makron utanan zatıqırıqlardan deyil. Üzünə nə qədər sillə çəksələr də, sifətini tüpürcək selinə qərq etsələr də geri çəkilən deyil. Öz xalqı tərəfindən başına gətirilən biabırçı hadisələrdən, xarici ölkələrin nifrətini qazanandan  sonra yüksək kürsüdə oturmağı özünə rəva görürsə daha beləsinə nə deyəsən? Özü bilər, can da özünün, cəhənnəm də… Rəhmətlik Xalq artistimiz Əliağa Ağayevin məşhur ifadəsinə kiçik düzəliş versək, deməliyik ki, fransız xalqı daha kef eləyə bilmir. Xalqlar ayağa qalxaraq işğalçıları öz ölkələrindən qovur, çəkdikləri kefi isə burunlarından gətirirlər.

Daha çox xəbərlər