Ata və oğul qəzaya DÜŞDÜ – Ölən var
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun N.Tusi küçəsi ev 39-un qarşısında Bakı şəhər sakini Roman Qorlanov idarə etdiyi “Zontes” markalı motosikleti yolun kənarında dayanmış “Foton” markalı yük avtomobilinə vurub.
Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (teleqraf)

