Region Xəbərləri 

Salyanda bostan sahələrindən 15 min tondan çox məhsul yığılıb

Salyan rayonunda 2023-cü ilin məhsulu üçün 967 hektar bostan bitkiləri əkilib. Əkilən sahələrin 954 hektarından 15 min 265,8 ton məhsul toplanılıb.

Salyan Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 621 hektar sahədən 10 min 370,7 ton qarpız, 333 hektar sahədən 4 min 895,1 ton yemiş tədarük olunub.

Daha çox xəbərlər