Məşədi Əzizbəyov nə üçün azərbaycanlılara nifrət edirdi? – VİDEO
Məşədi Əzizbəyov Azərbaycanda sosialist ideyasının bünövrəsini qoyanlardan idi. O, Bakı Xalq Komissarları Sovetinin fəal üzvlərindən olub. Rusiya daxilindəki bir neçə antiçarizm inqilablarına və Cənubi Azərbaycandakı Səttar xan inqilabına yaxın dəstək verib.
Leninin Çar İkinci Nikolaydan qardaşının qisasını aldığı kimi, Məşədi Əzizbəyov da atasının qisasını almaq üçün sosializmi ən doğru yol görürdü. O, Oktyabr çevrilişindən sonra sovet Rusiyasının tərəfdarı olub.
26 komissardan biri olan Məşədi bəy fəaliyyətinin ilk illərində ərzaq komissarı kimi çalışıb. Əvvəllər “Nicat” maarif cəmiyyətində fəaliyyət göstərən, “Hümmət” təşkilatında Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu ilə birgə çalışan M.Əzizbəyov sonralar S.Şaumyan, P.Caparidze ilə silahdaş olur.
M.Əzizbəyovun bağışlanılmaz səhvi və qəddarlığı məhz 1918-ci ilin Mart soyqırımında xalqına qarşı ermənilərlə birlikdə vuruşması olub. Tarixi faktlar sübut edir ki, o, Mart qırğınında atışmalara boşuna rəhbərlik etmirdi. M.Əzizbəyov S.Şaumyanın başçlıq etdiyi Bakı Xalq Komissarları Sovetində quberniya komissarı idi və onun Sabirabadda qırğın törətdiyi bildirilir.