Şahdağa qar yağıb
Faktiki hava açıqlanıb.
“ARANTV.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, oktyabrın 10-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Şahdağda qar yağıb. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

