Dünya 

Həkimlər “Heç vaxt uşaq dünyaya gətirə bilməzsən” demişdi, ana oldu -Xərçəngə yoluxan qadının HƏYATI

İzmirdə süd vəzi xərçəngindən əziyyət çəkən və həkimlərin heç vaxt uşaq dünyaya gətirə bilməzsən dediyi qadın müayinə üçün getdiyi xəstəxanada hamilə olduğunu öyrənib.

ARANTV.AZ xəbər verir ki, Meryem Avcılar ilk uşağını dünyaya gətirdikdən 3 il sonra süd vəzi xərçəngi olduğunu öyrənib.

Xərçəngdən müalicə olunan qadına həkimlər hamilə qalmaması ilə bağlı xəbərdarlıq edib.

Meryem Avcılar 1 il sonra müayinə olmaq üçün getydiyi xəstəxanada əkiz körpələrə hamilə olduğunu öyrənib.

Qadın bütün təkidlərə baxmayaraq həyatını təhlükəyə ataraq əkiz körpələrini dünyaya gətirməyi qərara alıb.

Meryem Avcılar mətbuata açıqlamasında əkiz körpələrinin onun üçün yaşama ümidi olduğunu bildirib: “Həyatda qalmaq üçün mən körpələrimlə birlikdə mübarizə apardım. Onlar mənim yaşam sevincim oldular”. big.az

Daha çox xəbərlər