Gündəm 

Müdafiə naziri: “Aprel döyüşlərindən sonra Sarkisyan dedi ki…”

2016-cı ildə 3 gün ərzində Azərbaycan Ordusunun kiçik bir hissəsi bütün Ermənistan ordusunu darmadağın etdi.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Ordusu bu qələbəni hər dəqiqə nümayiş etdirməyə hazırdır: “Müharibəni hərbiçilər başlamır, icra edir. Hələ ki beynəlxalq vəziyyət müharibəyə imkan vermir, cənab Prezident münaqişənin həlli ilə bağlı işlər aparır”.

Z.Həsənov vurğulayıb ki, Azərbaycan Ordusu gecə-gündüz döyüş hazırlığı ilə məşğul olur:

“Azərbaycan Ordusu daim inkişaf edir, döyüş qabiliyyəti, psixoloji hazırlığı daim yüksəldir. Ermənistan isə bu sahədə çox zəifidr. Aprel döyüşlərindən sonra Sarkisyan dedi ki, “biz 80-ci illərin silahı ilə döyüşürdük”. Bəs necə oldu, siz deyirdiniz “bizim güclü ordumuz var?”

Daha çox xəbərlər