“Ümumtəhsil və peşə təhsil mərkəzlərində diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin Vahid Tarif Cədvəli üzrə maaşları təxminən 20 faiz artır. Bu 160 min nəfər müəllimi əhatə edəcək”.
ARANTV.AZ qafqazinfo-ya istinadla xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, bu da dövlət büdcəsindən 240 milyon manat illik vəsaitin xərclənməsi deməkdir:
“Ölkədə orta aylıq əməkhaqqı isə 605 manat olur”.
