Hadisə 

Sumqayıtda dörd gün öncə itkin düşən kişinin meyiti tapılıb

Sumqayıt şəhərində dörd gün öncə itkin düşən kişinin meyiti tapılıb.

“Report”un yerli bürosu xəbər verir ki, meyit Ceyranbatan qəsəbəsinin bağlar ərazisində aşkarlanıb.

1976-cı il təvəllüdlü Rüfət Sovet oğlu Abdullayevin meyiti aidiyyəti üzrə təhvil verilib. Onun öldürüldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər