Hindistanda binanın divarı çöküb: 16 ölü
Hindistanın Puna şəhərində inşası davam edən binanın 23 metrlik divarı çöküb.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, divarın çöklməsi nəticəsində azı 16 işçi həlak olub.
Bildirilir ki, divarın çökməsinə səbəb güclü yağışlar olub.
Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Məlumata əsasən, dağıntılar altında insanlar ola bilər.

