Kommunal xidmətlərin qiyməti BAHALAŞIR? – AÇIQLAMA
Son zamanlar kommunal xidmətlərin bahalaşması ilə bağlı məlumatlar yayılır. Kommunal xidmətlərinin qiymətinin artması evlərin və iş yerlərinin büdcəsinə öz təsir göstərir. Bu baxımdan Azərbaycanda kommunal xidmətlərinin bahalaşması gözləniləndir?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, bu məsələ daha çox vaxt ilə əlaqədardır. Orta uzunmüddətli dövrdə mütləq bahalaşmanı iddia etmək olar:
“Amma qısa müddətli dövrü – 2024-cü ili götürmüş olsaq, bu istiqamətdə ciddi müzakirələr getmir. Ola bilsin ki, payız aylarına istilik təchizatı xidmətlərinin qiymətlərində müəyyən dəyişikliklər olsun. İnflyasiya meyarları artır sabitləşmə həddində çatıb. Əvvəlki dövrlərdə yığılıb qalmış müəyyən təzyiqlərdə var. Bunlar kommunal xidmətlərin istehsalının maya dəyərinə təsir göstərməkdədir”.
Ekspertin sözlərinə görə, mövcud şəraitdə əhalinin alıcılıq gücü, sosial-siyasət və ticarət aspektlərini nəzərə almış olsaq, 2024-cü ildə kommunal xidmətlərin kəskin bahalaşması ehtimal olunmiur:
“Gələcəkdə isə bu təbii prosesdir və xərclər artır. Milli valyuta öz dəyərini itirir. Eyni zamanda yeni layihələrin icrası üçün böyük vəsaitlərə ehtiyac yaranır və standartlar dəyişir. Bu da öz növbəsində artımlara gətirib çıxarır”.

