YAP Bərdə rayon təşkilatı Bərdə Dövlət İdarəetmə və Texnologiya kolleci ilə birlikdə Müstəqillik gününə həsr edilmiş “Müstəqilliyi qorumaq onu qazanmaqdan çətindir!” adlı tədbir keçirmişdir.
Müstəqillik günü ilə bağlı YAP Bərdə rayon təşkilatı və Bərdə Dövlət İdarəetmə və Texnologiya kolleci birgə tədbir keçirmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Sonra Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə müstəqil Azərbaycanın keçdiyi yolu əks etdirən video- çarx izlənilmişdir.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktor əvəzi Xosrov Musayev, YAP Bərdə rayon təşkilatı 22 saylı ƏPT sədri Raqub Yunusov, partiya fəalı, Milli mənəvi dəyərlərin qorunmasına ziyalıların dəstəyi ictimai birliyi rayon şöbəsinin sədri Aydın Zeynalov çıxış edərək Şərqdə ilk Respublika olan dövlətimizin müstəqillik tariximizdən danışmışlar. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan böyük uğurların bugün Müzəffər Lider cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi möhtəşəm qələbələri faktlarla diqqətə çatdırmışlar.
Tədbir YAP-ın Himninin səsləndirilməsi ilə yekunlaşdırılıb.







