Qırğızıstan Azərbaycana yeni səfir təyin edib
Maksat Mamıtkanov Qırğızıstanın Azərbaycandakı səfiri təyin edilib.
ARANTV.AZ xəbər verir ki, bu barədə müvafiq sərəncamı Prezident Sadır Japarov imzalayıb.
Diplomatik nümayəndəliyin keçmiş rəhbəri Kayrat Osmonaliyev prezidentin digər sərəncamı ilə tutduğu vəzifədən azad edilib. O, 2021-ci ilin iyununda Azərbaycana səfir təyin olunub. (“Report)

