İSLAM 

Quran oxumağa başlamaq istəyənlər hansı tərcüməyə üstünlük verməlidirlər?

Quran İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olsa da, bir çox insan Qurandan xəbərdar deyil. Bəs Quran oxumağa başlamaq istəyən insan hansı tərcüməyə üstünlük verməlidir? Hansı tərcümə daha asan və başa düşüləndir?

İlahiyyatçı Yaşar Qurbanov BiG.AZ-a bildirib ki, Quranın ən başa düşülən, zəngin tərcüməsi Ziya Bünyadov və Vasif Məmmədəliyevə məxsusdur:

“Azərbaycanda bütün tərcümələrin ən gözəli, ən əsaslı olanı Ziya Bünyadov və Vasif Məmmədəliyevin tərcüməsidir. Onlardan sonra tərcümə edənlər də Ziya Bünyadov və Vasif Məmmədəliyevə istinad edirlər. Ən başa düşülən, zəngin tərcümə budur. Azərbaycanda Quranın ilk tərcüməsi Ziya Bünyadov və Vasif Məmmədəliyevə məxsusdur”.

Daha çox xəbərlər