Siyasət 

XİN Sudanı təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Sudanı Müstəqillik Günü münasibətilə təbrik edib.

ARANTV.AZ xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə səhifəsində paylaşım edilib.

“Sudanı Milli Günü münasibətilə təbrik edirik! Milli Günün mübarək, Sudan”, – yazıda qeyd olunub.

Qeyd edək ki, 1956-cı il yanvarın 1-də Sudan Böyük Britaniya və Misirin ortaq idarəsi altında olan protektorat statusundan çıxaraq müstəqilliyini elan etmişdi.

Daha çox xəbərlər