Yevlaxda polisin keçirdiyi tədbirlər zamanı 4 nəfər saxlanılıb
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində Vüsal Əliyev, Ruslan Xəlilov, Rövşən Məmmədov və Natiq Bəkirov saxlanılıblar. Həmin şəxslərdən 5 kiloqrama yaxın marixuana və tiryək aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.