Gündəm 

Ermənistan niyə son vaxtlar Azərbaycan mövqelərini atəşə tutur?

Son vaxtlar Ermənistan tez-tez Azərbaycan mövqelərini atəşə tutur. Sülh müqaviləsi ilə bağlı inkişaf getdiyi vaxtda mövqelərimizin atəşə tutulması yeni müharibə gözlənilirmi sualı yaradır.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, rəsmi İrəvan onu silahlandıran tərəflərin regionda vəziyyəti kəskinləşdirməklə bağlı sifarişlərindən çıxış edərək atəşkəsin pozulmasına gedir və əslində Azərbaycanı təxribata sövq etməklə atəşkəsin pozulmasına görə məsuliyyəti onun üzərinə yıxmaq istəyir:

“Ermənistanı “sülh göyərçini kimi təqdim etmək istəyən qüvvələr”(ifadə prezident İlham Əliyevə məxsusdur)təəssüf ki,erməni tərəfinin atəşkəs şərtlərini kobud şəkildə pozması ilə bağlı hərəkətlərini görməzdən gəlirlər.Atəşkəsin pozulması isə bir neçə aspektdə izah oluna bilər.Bu əvvəla, rəsmi İrəvanın sülh istəməsi və ya sülhə hazır olması barədə bəyanatları ilə kəskin ziddiyyət təşkil edir və erməni auditoriyasına seçkilər ərəfəsində ünvanlanmış siyasətin məzmunundan irəli gələ bilər.Digər tərəfdən istisna deyil ki,rəsmi İrəvan onu silahlandıran tərəflərin regionda vəziyyəti kəskinləşdirməklə bağlı sifarişlərindən çıxış edərək atəşkəsin pozulmasına gedir və əslində Azərbaycanı təxribata sövq etməklə atəşkəsin pozulmasına görə məsuliyyəti onun üzərinə yıxmaq istəyir. Ermənistan ordusunda Paşinyana tabe olmaq istəməyən yüksək çinli zabitlər var ki,onlar Paşinyanı Azərbaycanla münasibətlərdə təslimçi mövqeyə görə ittiham edirlər. Ermənistanın millətçi müxalifəti ehtimal ki,erməni kilsəsi ilə iş birliyindədirlər.Bu isə Ermənistandakı duruma Paşinyan tərəfindən nəzarətin zəifləməsi təəssüratı doğurur və rəsmi Bakını özünün və regionun təhlükəsizlik maraqlarından çıxış edərək tədbirlər görmək zərurəti qarşısında qoya bilər”.

Daha çox xəbərlər